Icma.az
close
up
RU
Azercell AWS ilə əməkdaşlıqda süni intellekt bacarıqlarının inkişafına yönəlmiş təlimlər təşkil edib

Azercell AWS ilə əməkdaşlıqda süni intellekt bacarıqlarının inkişafına yönəlmiş təlimlər təşkil edib

Icma.az bildirir, Yenisabah portalına istinadən.

“Azercell Telekom” MMC bulud texnologiyaları və süni intellekt sahəsində dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan Amazon Web Services (AWS) ilə əməkdaşlıq çərçivəsində silsilə təlimlər təşkil edib. Təşəbbüs şirkət daxilində süni intellekt sahəsində bacarıqların gücləndirilməsi və komandaların praktiki  biliklərinin daha da inkişaf etdirilməsi məqsədi daşıyır.

AWS ekspertləri tərəfindən keçirilən təlimlərdə Azercell-in mühəndislik, məhsulun inkişafı və texnologiyalar istiqamətləri üzrə mütəxəssisləri iştirak ediblər. Sessiyalar çərçivəsində süni intellekt əsaslı proqram təminatının hazırlanması, eləcə də rəqəmsal məhsulların inkişafına dair müasir yanaşmalar təqdim olunub.

Proqramın əsas mövzularından biri AWS-in AI-Driven Development Life Cycle (AI-DLC) – süni intellektlə dəstəklənən proqram təminatının hazırlanması metodologiyası olub. Bu metodologiya proqram təminatının hazırlanmasının bütün mərhələlərində süni intellekt texnologiyalarının sistemli şəkildə tətbiqini nəzərdə tutur. Ənənəvi yanaşmalardan fərqli olaraq, AI-DLC çərçivəsində süni intellekt planlaşdırma, kodlaşdırma, test və sənədləşdirmə kimi proseslərdə aktiv rol oynayır, mühəndislər isə ümumi nəzarəti həyata keçirir, nəticələri qiymətləndirir və strateji qərarların qəbulunu təmin edirlər. Bu həll tərtibatçılar və süni intellekt alətləri arasında əməkdaşlığın daha səmərəli qurulmasına, innovasiyaların sürətləndirilməsinə, həmçinin proqram həllərinin keyfiyyət və etibarlılığının artırılmasına imkan yaradır. Dominos pizza

Təlimlərdə iştirakçılar süni intellekt dəstəyi ilə proqram təminatının hazırlanmasına dair real nümunələrlə tanış olublar. Bundan əlavə, müasir süni intellekt alətlərinin tərtibatçıların məhsuldarlığına, inkişaf proseslərinin səmərəliliyinə, yeni funksiyaların bazara çıxarılma müddətinə və rəqəmsal həllərin etibarlılığına təsiri müzakirə edilib.

AWS ilə əməkdaşlıq Azercell-in qabaqcıl texnologiyaların tətbiqinin genişləndirilməsinə yönəlmiş uzunmüddətli strategiyasının mühüm istiqamətlərindən biridir. Bu yanaşma eyni zamanda əməkdaşların süni intellekt sahəsində bilik və bacarıqlarının davamlı inkişafını dəstəkləyir. Davamlı öyrənmə və peşəkar inkişafa investisiya yatırmaqla şirkət əməkdaşlarının texnoloji yeniliklərə çevik uyğunlaşmasını və sürətlə dəyişən rəqəmsal mühitin tələblərinə hazır olmasını hədəfləyir.

Azərbaycanın rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olan Azercell beynəlxalq tərəfdaşlarla əməkdaşlığını genişləndirərək ölkədə qabaqcıl texnologiyaların tətbiqini təşviq etməyə və süni intellekt üzrə praktiki bacarıqların inkişafına töhfə verməyə davam edəcək.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 İyul 2026 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see386

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see329

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see325

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see296

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see295

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see279

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see279

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see273

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see269

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see260

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see255

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see255

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see247

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see242

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see240

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see235

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see235

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see230

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see216

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri