“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edib
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Azercell Biznes” korporativ müştərilərinə göstərdiyi xidmətləri rəqəmsallaşdırmağa davam edir. Şirkət eyniadlı tətbiqinin imkanlarını genişləndirərək elektron sənəd dövriyyəsi üçün nəzərdə tutulan yeni həlli təqdim edir. Bu funksiya korporativ müştərilərə sənədləşmə prosesini daha çevik və rahat - rəqəmsal şəkildə həyata keçirmək imkanı verir. Belə ki, “Azercell Biznes” tətbiqi vasitəsilə sənədləri artıq kağız əsasında deyil, elektron şəkildə yaratmaq və imzalamaq mümkündür.
Müvafiq sənədlər “Asan İmza” və ya “Sima” elektron imzası vasitəsilə təsdiqlənir. Bu da e-sənədlərə ənənəvi şəkildə imzalanan sənədlərlə eyni hüquqi status verir.
Qeyd edək ki, rəqəmsal sənədləşmə prosesində məlumatların təhlükəsizliyi və məxfiliyi yüksək səviyyədə qorunur. Ən əsası isə sənəd mübadiləsinin səmərəliliyini artıran bu dəyişiklik eyni zamanda kağız sərfiyyatını da minimuma endirməyə dəstək olur.
“Azercell Biznes” ilə sənədləşmə indi daha rahat, təhlükəsiz və sürətlidir.
“Azercell Biznes”in bu və digər rəqəmsal transformasiya həlləri ilə daha ətraflı tanış olmaq üçün:
//www.azercell.com/az/corporate/mobile-communications/special-services/azercell-biznes.html
Baxış sayı:134
Bu xəbər 05 Noyabr 2024 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















