Icma.az
close
up
RU
“Azercell” COP29un telekommunikasiya tərəfdaşıdır

“Azercell” COP29un telekommunikasiya tərəfdaşıdır

Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azercell Telekom” MMC COP29-un rəsmi telekommunikasiya tərəfdaşı qismində çıxış edərək davamlı və dayanıqlı inkişafa, ətraf mühitin mühafizəsinə sadiqliyini bir daha nümayiş etdirir. COP29-la tərəfdaşlıq çərçivəsində şirkət dayanıqlılıq strategiyasını gücləndirməklə yanaşı, daha yaşıl gələcək üçün yeni əməkdaşlıqların qurulmasını hədəfləyir.

“Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova şirkətin cəmiyyət və ətraf mühit qarşısında üzərinə götürdüyü sosial məsuliyyəti vurğulayıb:

“Azercell” Azərbaycanın lider mobil operatoru və ölkənin rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biridir. Şirkətimiz ölkə boyu tətbiq etdiyi ekoloji cəhətdən təmiz texnologiyalar və bərpa olunan enerji həlləri vasitəsilə ətraf mühitə təsirini minimuma endirməyə çalışır. İqlim dəyişikliyinə qarşı mübarizə səylərini dəstəkləməklə biz korporativ idarəetmədə yeni standartlar da müəyyən edirik. Birlikdə daha dayanıqlı və yaşıl gələcək üçün zəmin yarada biləcəyimizə inanıram”.

COP29 Azərbaycanın İdarə Heyətinin sədri Nərmin Carçalova “Azercell”in təcrübəsinin bu tədbirin uğurla həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib:

“Azercell” ölkəmizdə ən böyük bazar payına sahib mobil operator olaraq telekommunikasiya məkanında böyük nüfuza malikdir. Hər zaman ölkəmizə innovativ texnoloji yenilikləri gətirən Azercell COP29-da sosial yönümlü layihələrini, xüsusilə də iqlim fəaliyyəti ilə bağlı həyata keçirdiyi təşəbbüsləri nümayiş etdirmək imkanı əldə edəcək”.

“Azercell”in dayanıqlılıq siyasəti müxtəlif ekoloji təşəbbüslər vasitəsilə karbon emissiyalarının azaldılması, enerjidən istifadənin optimallaşdırılması, su və yanacaq səmərəliliyinin artırılmasına yönəlib. Şirkət 2017-ci ildən etibarən ölkə ərazisində günəş enerjisi ilə işləyən baza stansiyalarının tətbiqinə başlayıb. Təkcə Qarabağda lider mobil operatorun 35 yaşıl baza stansiyası fəaliyyət göstərir və onların enerji tələbatının 60%-i bərpa olunan enerji hesabına qarşılanır. Həmçinin “Azercell” bir sıra qlobal iqlim təşəbbüslərini də dəstəkləyir. Belə ki, BMT-nin Qlobal Sazişinə və GSMA-nın İqlim Fəaliyyəti İşçi Qrupuna qoşulmaqla Azercell digər bazar iştirakçılarını da ətraf mühitlə bağlı səylərini gücləndirməyə təşviq edir. Qeyd edək ki, bu il “Azercell” ictimaiyyətə ilk ESG hesabatını da təqdim edib.

10 gün davam edəcək tədbir zamanı “Azercell” COP29-un keçiriləcəyi məkanda konfrans iştirakçılarını kəsintisiz telekommunikasiya xidmətləri ilə təmin edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://publika.az
archiveBu xəbər 04 Noyabr 2024 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri