Icma.az
close
up
RU
® “Azercell” “Dayanıqlılığın təmin edilməsində təşkilatların rolu” mövzusunda panel müzakirəsi keçirib AZƏRTAC

® “Azercell” “Dayanıqlılığın təmin edilməsində təşkilatların rolu” mövzusunda panel müzakirəsi keçirib AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Google”, “Ambition Loop”, “Azercell” və “Azərbaycan Dəmir Yolları” QSC kimi qlobal və yerli şirkətlərin nümayəndələri dayanıqlı inkişafın təşviqində korporativ məsuliyyət, innovasiya və tərəfdaşlıqların rolunu müzakirə ediblər.

“Azercell Telekom” MMC yerli və beynəlxalq aparıcı ekspertlərin və biznes liderlərinin iştirakı ilə “Dayanıqlılığın təmin edilməsində təşkilatların rolu” mövzusunda panel müzakirəsi keçirib. Panel iştirakçıları dayanıqlı inkişafın təmin edilməsində iri təşkilatların strateji rolunu gündəmə gətiriblər, iqlim çağırışları ilə mübarizədə innovativ həllərin və tərəfdaşlıqların vacibliyini vurğulayıblar.

Panel müzakirəsinə “Azercell”in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva, “Azərbaycan Dəmir Yolları” QSC-nın Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova, “Google”un Avropa, Yaxın Şərq və Afrika regionu üzrə Dayanıqlılıq direktoru Adam Elman və “Ambition Loop”un həmtəsisçisi Qonzalo Munyoz qatılıblar.

“S3”ün regional direktoru Mövlan Paşayevin moderatorluq etdiyi paneldə müzakirələr əsasən ekoloji məsuliyyət sahəsində korporativ liderliyin əsas aspektləri, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sektorlararası əməkdaşlığın vacibliyi kimi mövzulara fokuslanıb.

Panel iştirakçıları müasir texnologiyaların, o cümlədən süni intellektin iqlim dəyişikliyi ilə mübarizədəki rolu barədə fikir mübadiləsi aparıblar.

“Google” şirkətini təmsil edən Adam Elman süni intellektin bu sahədəki tətbiqi imkanları barədə danışıb. S.Elman bildirib ki, süni intellekt iqlim dəyişikliyi proqnozunu təkmilləşdirə və davamlılıq təşəbbüslərini dəstəkləmək üçün resursları optimallaşdıra bilər.

QHT-ləri təmsil edən Qonzalo Munyoz, öz növbəsində, bu istiqamətdə önəmli dəyişikliklərə nail olmaq üçün müxtəlif tərəfdaşlıqların əhəmiyyəti haqqında danışıb, sektorlararası və beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayıb.

Şirin Əliyeva və Aybəniz İsmayılova isə müzakirələr çərçivəsində iştirakçılar ilə yerli təcrübəni bölüşüblər. Şirin Əliyeva “Azercell”in ESG strategiyası, o cümlədən bərpaolunan enerji mənbələrindən istifadəyə və enerji səmərəliliyinin artırılmasına yönəlmiş layihələri barədə məlumat verib. Ş.Əliyeva “Azercell”in Qarabağda 35 yaşıl baza stansiyasının fəaliyyət göstərdiyini və onların enerji tələbatının 60 faizinin bərpa olunan enerji hesabına qarşılandığını qeyd edib. Həmçinin şirkətin qlobal iqlim təşəbbüslərində, o cümlədən BMT-nin Qlobal Sazişi və GSMA-nın İqlim Fəaliyyəti üzrə İşçi Qrupunda fəal iştirakı da vurğulanıb.

Aybəniz İsmayılova ADY-nin bu yaxınlarda dərc olunmuş ESG hesabatını təqdim edərək ölkədə dayanıqlı nəqliyyatın, xüsusilə dəmir yollarının dekarbonizasiya hədəflərinə çatmaq üçün görülən işlər, yaşıl innovasiyalar və qabaqcıl rəqəmsal həllərin tətbiqi haqqında danışıb.

Tədbirin sonunda panel iştirakçıları qlobal iqlim dəyişikliyinin təsirlərinə qarşı effektiv mübarizə üçün korporasiyaların, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının birlikdə çalışmalı olduğunu bir daha qeyd ediblər.

Panel “Azercell”in innovasiyalarla yanaşı, davamlı və dayanıqlı inkişafa, yaşıl gələcək naminə həyata keçirdiyi təşəbbüslərə sadiqliyini vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri