Icma.az
close
up
RU
® “Azercell” Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib

® “Azercell” Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Gənclər Günü ərəfəsində “Azercell”in dəstəyi ilə informatika üzrə beynəlxalq olimpiadalara hazırlaşan Azərbaycan milli komandasının üzvləri şirkətin qonağı olub. Görüş gənc istedadların beynəlxalq arenada əldə etdikləri nailiyyətləri, eləcə də bu uğurların arxasında dayanan uzunmüddətli və sistemli əməkdaşlıq modelini ön plana çıxarıb.

Tədbirdə “Azercell Telekom” MMC-nin Korporativ və Marketinq Ünsiyyət Vasitələri Departamentinin direktoru Sona Abbasova, şirkətin nümayəndələri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, eləcə də milli komandanın müəllimləri iştirak ediblər.

Qeyd edək ki, “Azercell” və Azərbaycan Respublikasının Təhsil İnstitutu arasında informatika üzrə yığmanın hazırlanması istiqamətində əməkdaşlıq 2017-ci ildən etibarən həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində şagirdlər üçün əlavə hazırlıq dərsləri təşkil olunur, beynəlxalq olimpiadalara sistemli hazırlıq prosesi dəstəklənir, eləcə də gənclərin proqramlaşdırma və İT sahəsində bilik və bacarıqlarının inkişafına töhfə verilir. Hazırda proqram çərçivəsində illik olaraq 90 şagird əlavə hazırlıq prosesinə cəlb olunur.

Bu müddət ərzində milli komandanın üzvləri informatika üzrə nüfuzlu beynəlxalq və regional olimpiadalarda uğurla çıxış edərək 6 qızıl, 33 gümüş və 65 bürünc olmaqla ümumilikdə 104 medal qazanıblar.

Tədbiri açan Sona Abbasova bildirib: “Şirkətimiz istedadlı gənclərin inkişafına, İT və proqramlaşdırma istiqamətlərində bilikyönümlü və ixtisaslı insan kapitalının formalaşmasına xüsusi diqqət yetirir. Sizin beynəlxalq olimpiadalarda əldə etdiyiniz nəticələr bizi həm qürurlandırır, həm də bu təşəbbüsün əhəmiyyətini bir daha gündəmə gətirir. İnanıram ki, bu gün dəstək göstərdiyimiz gənclər sabah ölkənin texnoloji inkişafına töhfə verən peşəkar kadrlara çevriləcəklər”.

Fuad Qarayev də bu tərəfdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib: “Azercell”in dəstəyi sayəsində informatika üzrə milli komandanın üzvləri beynəlxalq yarışlara daha sistemli və peşəkar şəkildə hazırlanır. Şagirdlər üçün əlavə hazırlıq dərslərinin təşkili, məqsədyönlü hazırlıq proqramlarının həyata keçirilməsi və xüsusi tədris mühitinin yaradılması gənclərin potensialının üzə çıxarılmasına şərait yaradır. Bu cür kompleks yanaşma onların beynəlxalq olimpiadalarda göstərdikləri nəticələrə birbaşa təsir göstərir və eyni zamanda, ölkədə yeni nəsil İT və İKT mütəxəssislərinin formalaşmasına töhfə verir”.

Tədbirin sonunda informatika üzrə beynəlxalq olimpiadaların medalçıları sertifikatlar və hədiyyələrlə təltif olunublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Fevral 2026 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri