Icma.az
close
up
RU
“Azercell” ilə “Kinon Plus”dan 7 gün pulsuz istifadə imkanı

“Azercell” ilə “Kinon Plus”dan 7 gün pulsuz istifadə imkanı

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Kinon" tətbiqinin imkanlarını genişləndirən “Azercell” dekabrın 10-dan etibarən xidmətə “Wink”, “Viju” və “Premier” onlayn kinoteatrlarını əlavə edir. SİA xəbər verir ki, beləliklə artıq “Kinon” eyni anda müxtəlif cihazlarda 240-dan çox yerli və xarici kanalı onlayn izləmək imkanı ilə yanaşı, “Amediateka”, "Premier", "Viju" və "Wink" kimi dünyaca məşhur onlayn kinoteatrları bir platformada birləşdirir.

“Amediateka”: özündə aparıcı studiyaların və televiziya kanallarında yayımlanan müxtəlif janrlarda məşhur xarici filmləri, həyəcan dolu detektivləri, təsirli dramaları, komediyaları və romantik hekayələri birləşdirir;

“Premier”: hər zövqə uyğun minlərlə film, serial, cizgi filmi və şouları izləmək imkanı verir;

“Viju”: kino dünyasına tamamilə yeni yanaşma - ən baxılan filmlər, seriallar və kanalları bir araya gətirir;

“Wink”: 60 mindən çox film və serialı Full HD formatında izləmək imkanı təqdim edir.

Yeni istifadəyə verilən “Kinon Plus” abunəsi ilə bütün bu yenilikləri bir abunəlik paketi çərçivəsində əlçatan edir. Ən əsası isə xüsusi kampaniya şərtlərinə əsasən “Kinon Plus”-a qoşulan abunəçilərə xidmətdən ilk 7 gün pulsuz istifadə imkanı və kanalları izləmək üçün 5GB həcmində internet hədiyyə edilir.

“Kinon” xidmətindən yararlanmaq istəyən abunəçilər günlük və aylıq paketlər arasında seçim edə bilərlər. Müvafiq abunəliyi aktiv etmək üçün isə telefonun ekranında USSD kodun yığılması kifayət edir. Paketlər haqqında ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/digital-solutions/kinon-plus.html

Qeyd edək ki, “Kinon”dan smartfonlar, “Android” TV-lər, “Samsung Smart” TV-lər, planşetlər və s. daxil olmaqla bütün “Android” və “iOS” əməliyyat sistemlərini dəstəkləyən cihazlarda yararlanmaq mümkündür. Xidmətdən eyni anda üç müxtəlif cihazda, ən əsası isə 5 fərqli hesab yaradaraq bir abunəlik paketi aktivləşdirərək istifadə etmək olar. Tətbiqi “Google Play” və “AppStore”dan yükləyə bilərsiniz.

“Kinon” ilə “Azercell”in rəqəmsal əyləncə dünyasını kəşf edin!

Xidmət haqqında daha ətraflı məlumat üçün “Azercell” və ya “Kinon” səhifələrinə müraciət edə bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Dekabr 2024 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri