Icma.az
close
up
RU
Azercell in prezidenti inklüziv rəqəmsal transformasiya mövzusunda çıxış etdi FOTOLAR

Azercell in prezidenti inklüziv rəqəmsal transformasiya mövzusunda çıxış etdi FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

21–22 may tarixlərində GSMA-nın təşkilatçılığı ilə Daşkənddə keçirilən “M360 Eurasia 2025” forumu telekommunikasiya və texnologiya üzrə sənaye liderlərini bir araya gətirib. Tədbir çərçivəsində regionda rəqəmsal inkişaf imkanlarının genişləndirilməsi, inklüziv rəqəmsal transformasiyanın təşviqi, rəqəmsal infrastrukturun inkişafı, investisiya imkanları və dayanıqlı tərəfdaşlıqların qurulması kimi aktual mövzular müzakirə olunub.

"Unikal" xəbər verir ki, “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova Özbəkistanın Rəqəmsal Texnologiyalar naziri cənab Şerzod Şermatov, GSMA-nın baş direktoru Vivek Badrinath və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) baş katibinin müavini Tomas Lamanauskas kimi yüksək vəzifəli şəxslərlə yanaşı forumun açılış sessiyasında çıxış edib.

“Rəqəmsal transformasiya sərhəd tanımır. Bu yol ümumi vizyon, regional əməkdaşlıq və birgə səylər tələb edir”, - deyə Zərinə Zeynalova bildirib. 

Z. Zeynalova Azercell-in son iki il ərzində Bakıda ev sahibliyi etdiyi “M360 Eurasia”nın nəticələrinə toxunaraq formalaşmış texnoloji dinamikanın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra “Avrasiyanın rəqəmsal potensialı” mövzusuna həsr olunmuş panel müzakirəsində iştirak edən Z. Zeynalova Azercell-in şəbəkə modernizasiyası üzrə genişmiqyaslı layihəsini və Aztelekom-un “Onlayn Azərbaycan” təşəbbüsünü ölkənin rəqəmsal transformasiyasını təşviq edən uğurlu nümunələr kimi təqdim edib.

Eyni zamanda, Z. Zeynalova dayanıqlı telekommunikasiya infrastrukturunun qurulması, süni intellekt texnologiyalarının tətbiqi, yeni nəsil şəbəkələrin yaradılması və ən əsası insan kapitalına yönəlmiş uzunmüddətli investisiyaların strateji əhəmiyyətini xüsusi olaraq qeyd edib: “Məqsədimiz innovasiya və peşəkar insan resursları əsasında formalaşan gələcək nəsil rəqəmsal ekosistemi qurmaqdır.” 

Forum çərçivəsində iştirakçılar sektorlararası əməkdaşlığın gücləndirilməsi, rəqəmsal suverenliyin təmin olunması və regionun texnoloji liderlik potensialının artırılması istiqamətində fikir mübadiləsi aparıblar. “M360 Eurasia 2025” Avrasiyanın Asiya ilə Avropa arasında strateji rəqəmsal körpü rolunu bir daha təsdiqləyib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://unikal.az
archiveBu xəbər 22 May 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri