Azercell istifadəçiləri YENƏ NARAZIDIR: 20 illik nömrə qəflətən LƏĞV EDİLDİ
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda mobil operator "Azercell" istifadəçiləri arasında narazılıq doğuran qərarları ilə diqqət çəkir. Uzun müddət istifadə edilən nömrələrin qəfil ləğvi və ya balans səbəbi ilə bağlanması insanlarda təəccüb və narahatlıq yaradır.
Bu hadisəni yaşayanlardan biri də jurnalist Əzizə İsmayılovadır.
Bakıvaxtı.az-ın məlumatına görə, jurnalist 20 ildən çoxdur istifadə etdiyi "Azercell" nömrəsi sahibi tərəfindən balans artırılmadığı üçün qəflətən ləğv edildiyini bildirib.
İsmayılova bildirir ki, əvvəlcə nömrəyə pul əlavə etmək istədiyi zaman “sistem xətası” mesajı alıb və bunun müvəqqəti texniki problem olduğunu düşünərək bir neçə gün cəhd edib. Lakin cəhdlərin nəticəsi olmayıb və sonda nömrəsinin ləğv edildiyini öyrənib.
Jurnalist bu qərarı “uzun illər istifadə etdiyim, davamlı ödəniş etdiyim nömrənin sadəcə balans artırılmadığı üçün ləğv edilməsi anlaşılmazdır” sözləri ilə şərh edib.
Məsələ ilə bağlı "Azercell"-in müştəri xidmətlərindən bildirilib ki, müraciət qəbul edilərək aidiyyəti üzrə yönləndirilib.
Əli Hüseynov
Baxış sayı:67
Bu xəbər 01 Sentyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















