Icma.az
close
up
RU
Azercell operatorları kütləvi şəkildə işdən çıxarıb?

Azercell operatorları kütləvi şəkildə işdən çıxarıb?

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Azercell abunəçilərinin ən çox şikayət etdiyi məsələlərdən biri müştəri xidmətləri ilə əlaqə saxlamağın faktiki olaraq mümkünsüz hala gəlməsidir. Azpost xəbər verir ki, şirkətin qaynar xəttinə zəng edən istifadəçilər real operatora bağlanmaq əvəzinə, avtomatik cavab sistemləri və süni intellekt əsaslı menyularla qarşılaşır.

Əvvəllər konkret problem yarananda operatorla danışmaq, məsələni izah etmək və canlı cavab almaq mümkün idi. İndi isə abunəçi uzun menyular arasında dolaşır, standart cavablar dinləyir və sonda ya problem həll olunmur, ya da əlaqə avtomatik olaraq kəsilir. Bu isə haqlı olaraq belə bir sual yaradır: Azercell operatorları kütləvi şəkildə işdən çıxarıb?

Şikayətlərin əsas hissəsi ondan ibarətdir ki, avtomatik sistemlər real problemləri ayırd edə bilmir. Tariflə bağlı uyğunsuzluq, balansdan səbəbsiz çıxılan məbləğlər, internet sürəti və ya texniki nasazlıqlar kimi məsələlər fərdi yanaşma tələb edir. Süni zəka isə yalnız əvvəlcədən yazılmış ssenarilərə uyğun cavab verir və standartdan kənara çıxa bilmir.

Abunəçilər bildirirlər ki, “operatorla danışmaq üçün” seçimi etsələr belə, sistem onları yenidən əsas menyuya qaytarır və ya SMS, tətbiq üzərindən müraciət etməyi tövsiyə edir. Lakin bu kanallar da çox vaxt gec cavab verir və ya formal cavablarla kifayətlənir.

Rəqəmsallaşma və süni zəkanın tətbiqi müasir dövrün tələbidir, bunu inkar etmək olmaz. Ancaq müştəri məmnuniyyəti hesabına aparılan optimallaşdırma şirkətin imicinə ciddi zərbə vura bilər. Çünki telekommunikasiya xidməti yalnız texnologiya deyil, eyni zamanda ünsiyyət və etibardır.

Azercell kimi böyük bir şirkətin canlı operator dəstəyini minimuma endirməsi, xüsusilə yaşlı insanlar, texnologiyaya tam bələd olmayan istifadəçilər üçün əlavə çətinlik yaradır. Onlar üçün AI menyularla “danışmaq” real insanla ünsiyyəti əvəz etmir.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://azpost.info
archiveBu xəbər 07 Yanvar 2026 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see368

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see338

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see325

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see266

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see259

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see245

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see238

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see217

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see198

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see198

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see194

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see189

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see185

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see179

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see178

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see171

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see171

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see168

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see166

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri