Azercell şirkəti Turkcell Azərbaycanın mobil operatoruna satılacaq iddialarına cavab verdi
Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyə mətbuatında yer alan xəbərlərdə, ölkənin ən böyük GSM operatoru olan "Turkcell"in Türkiyə Aktivlərin İdarə Edilməsi Fondunun nəzarətində olan səhmlərinin Azərbaycanın mobil operatoru "Azercell"ə satıla biləcəyi iddia olunub.
Məsələ ilə əlaqədar “Azercell Telekom” MMC Marja.az saytının sorğusunu cavablandırıb.
Cavabda bildirilib:
"Sorğunuza cavab olaraq bildiririk ki, “Azercell Telekom” MMC "Turkcell"in alınmasını və ya Türkiyə bazarına genişlənməsini planlaşdırmır.
Şirkətin strateji prioriteti Azərbaycanın rəqəmsal ekosisteminin inkişafına töhfə vermək, ölkədə qabaqcıl rabitə infrastrukturu və rəqəmsal xidmətlərin genişləndirilməsinə yönəlmiş layihələri davam etdirməkdir.
Bu istiqamətdə Azercell bütün səylərini ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsinə və müştərilər üçün əlavə dəyər yaradan innovativ həllərin inkişafına yönəldir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:205
Bu xəbər 16 Mart 2026 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















