Icma.az
close
up
RU
“Azercell Telekom” MMC COP29un telekommunikasiya tərəfdaşı elan edilib

“Azercell Telekom” MMC COP29un telekommunikasiya tərəfdaşı elan edilib

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın aparıcı mobil operatoru “Azercell Telekom” MMC COP29-un telekommunikasiya tərəfdaşı seçilib. Bu, COP29 Azərbaycan Əməliyyat Şirkətinin rəqəmsal inklüzivliyə sadiqliyini vurğulamaqla yanaşı, şirkətin bütün əməliyyat sahələrində dayanıqlılığa üstünlük verdiyini bir daha sübut edir.

“Azercell” MMC telekommunikasiya sənayesində dayanıqlılıq və innovasiyalara sadiqliyi ilə seçilən əsas şirkətlərdən biridir. 2017-ci ildən etibarən “Azercell” ölkə ərazisində stasionar yaşıl baza stansiyaları quraşdırır. Belə ki, təkcə Qarabağ bölgəsində 35 baza stansiyası günəş enerjisi ilə işləyir və bu stansiyaların iş vaxtının 60 faizini bərpaolunan enerji mənbələri təmin edir. Bundan əlavə, BMT-nin Qlobal Sazişinə qoşulan “Azercell” şirkəti həm də GSMA Assosiasiyasının İqlim Fəaliyyəti üzrə işçi qrupunun üzvüdür. Bu isə onun Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) sadiqliyini, eləcə də telekommunikasiya sahəsində fəaliyyət göstərən digər maraqlı tərəfləri öz dayanıqlılıq səylərini sürətləndirməyə təşviq etməkdə şirkətin oynadığı rolu daha da gücləndirir.

“Azercell” şirkətinin “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” şüarlı missiyası və Azərbaycanın telekommunikasiya sektorunda lider olmaq məramı onun həm dayanıqlılıq, həm də ətraf mühit resurslarından rasional istifadə üzrə qəti əzmkarlığını əks etdirməklə yanaşı, çoxsaylı Dayanıqlı İnkişaf Məqsədləri ilə yaxından uzlaşır. Enerjiyə qənaət edən texnologiyaları tətbiq etmək, bərpaolunan enerjidən istifadəni artırmaq və rəqəmsal inklüzivliyə prioritet verməklə, “Azercell” şirkəti mobil rabitəni genişləndirməklə yanaşı, onun ekoloji təsirini də fəal şəkildə minimuma endirir. Bu il şirkət sözügedən sahələrdə şəffaflıq və irəliləyişi vurğulayan ilk ESG hesabatını dərc edib.

Bu il COP29-un tərəfdaşı seçilməklə “Azercell” şirkəti təsdiq edir ki, Azərbaycanın aparıcı mobil operatoru kimi onun üzərinə düşən vəzifə dayanıqlı inkişafı təşviq etmək və həm texnologiya, həm də rəqəmsal transformasiyanın aşağıkarbonlu iqtisadiyyatı necə dəstəkləyə biləcəyinə dair daha geniş dialoqa töhfə verməkdir. Bu tərəfdaşlıq sayəsində şirkət dayanıqlı təcrübələrə sadiqliyini nümayiş etdirməklə yanaşı, digər innovativ texnologiya şirkətləri ilə əməkdaşlıq əlaqələri qura biləcək.

Tədbir çərçivəsində yaradılan imkandan istifadə etməklə, COP29 ilə tərəfdaşlıq edən şirkətlər qlobal iqlim siyasəti ilə bağlı fəaliyyətlərdə iştirak edəcək, dayanıqlılıq səylərini ön plana çıxaracaq və iqlim fəaliyyətini öz əsas biznes sahələrində də dəstəkləmiş olacaqlar. Bakıda keçiriləcək COP29 tədbirinin tərəfdaşı olmaqla, bu şirkətlər həm ekoloji siyasətlərin tətbiqində, həm də 1,50C hədəfi baxımından qlobal icmalara dəstək göstərilməsində oynadıqları mühüm və həlledici rolu bərabər şəkildə nümayiş etdirə biləcək.

COP29-un özəl sektor üçün xüsusi məkanı olan Yaşıl Zonada iqlimyönümlü həll variantlarını nümayiş etdirən bir sıra qlobal şirkətlər müxtəlif proqramlar, o cümlədən təqdimat, seminar və qarşılıqlı əlaqələrin qurulması vasitəsilə öz əlaqələrini və iqlim fəaliyyətlərini genişləndirəcək. Həmçinin iştirakçı şirkətlər daha geniş tanınma, habelə əməkdaşlıq və qarşılıqlı əlaqələrin qurulması üçün teatral auditoriya formatlı konfrans zalları və müxtəlif iclas otaqlarından istifadə etməklə öz tədbirlərini təşkil edə biləcək.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova “Azercell Telekom” MMC-nin telekommunikasiya tərəfdaşı elan edilməsi ilə bağlı bunları bildirib: “Mən məmnuniyyətlə bildirirəm ki, “Azercell Telekom” MMC COP29-un telekommunikasiya tərəfdaşı seçilib. Azərbaycanın ən böyük mobil operatoru olan “Azercell” şirkəti telekommunikasiya məkanında nüfuzlu söz sahibi olan maraqlı tərəfdir. Texnologiya sahəsində mühüm danışıqlar aparan “Azercell” şirkəti bu tərəfdaşlıq sayəsində iqlim fəaliyyətlərini dəstəkləmək əzmkarlığını nümayiş etdirə biləcək”.

COP29 ilə tərəfdaşlığa toxunan “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova isə qeyd edib ki: “Azərbaycanın aparıcı mobil operatoru və ölkədə rəqəmsal mühitin formalaşmasında mühüm rol oynayan şirkət kimi, “Azercell” həm cəmiyyət, həm də ətraf mühit qarşısında məsuliyyət daşıdığını dərk edir. Biz ekoloji cəhətdən təmiz texnologiyalar və bərpaolunan enerji həllərini təkmilləşdirməyə sadiqik və fəal şəkildə ekoloji təsirlərimizi minimuma endirməyə çalışırıq. Qlobal iqlim təşəbbüslərini dəstəkləməklə, biz daha yaşıl gələcəyə töhfə verir və yeni korporativ liderlik standartını müəyyən edirik. Biz birlikdə daha dayanıqlı və davamlı gələcək qururuq!”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Noyabr 2024 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri