Icma.az
close
up
RU
“Azercell”dən 100 faizlik qiymət artımı “Bu, açıq aşkar sui istifadədir”

“Azercell”dən 100 faizlik qiymət artımı “Bu, açıq aşkar sui istifadədir”

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, “Azercell” bir sıra tariflər üzrə qiymətləri artırır. Bununla bağlı artıq müvafiq qərar qəbul olunub.

Qərara əsasən, noyabrın 16-dan etibarən tətbiq ediləcək artım “Azercellim”, “Bölgə”, “GəncSim”, “Hər Yerə” və “Bizimkilər” tariflərini əhatə edəcək. Yeni qərarla “Hər Yerə” tarif paketi üzrə qiymət 3 manatdan, digər tariflər üzrə isə 2 manatdan 3,89 manata yüksəldilib.

Məsələ ilə bağlı İKT mütəxəssisinə müraciət olunsa da, o, bu mövzuya münasibət bildirməkdən yayınıb və iqtisadçıya yönləndirib.

Tribuna İnformasiya Agentliyinə açıqlama verən İqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Günay Hüseynova qiymət artımlarının istifadəçi hüquqları baxımından əsassız olduğunu bildirib.

“Biz iqtisadçılar hər zaman deyirik ki, özəl sektor inkişaf etsin, dövlət müdaxiləsi tam aradan qaldırılsın, hətta bəzi dövlət sahələri özəlləşməyə getsin. Lakin indi görürük ki, istehlakçıların hüquqları tapdanır, sui-istifadə halları artır, özbaşınalıq genişlənir. Əgər ildə bir dəfə minimum əməkhaqqı, pensiya və təqaüdlər artırılırsa, bu müddətdə müəyyən qiymət artımı başadüşüləndir. Amma bu sahədə çalışanların sığorta və digər xərclərinin artması bəhanə edilərək tariflərin iki dəfə artırılması sui-istifadədir,” – iqtisadçı bildirib.

Günay Hüseynova əlavə edib ki, mobil operatorların azlığı və rəqabət mühitinin zəifliyi də süni qiymət artımını stimullaşdırır:

“Mobil operatorların sayı az olduğu üçün rəqabət mühiti formalaşmır. Şirkət bilir ki, vətəndaş istəsə də, istəməsə də bu tariflərdən istifadə etməyə məcburdur. Bu da yüz faizə qədər bahalaşma deməkdir. Xidmətin keyfiyyətindən isə söhbət belə gedə bilməz. Tarif artımını qida məhsulu ilə müqayisə etmək olmaz ki, tələb-təkliflə dəyişsin.”

İqtisadçı qeyd edib ki, bu cür bahalaşmalar yalnız dövlətin müdaxiləsi və ya ictimai təzyiq nəticəsində tənzimlənə bilər:

“Vətəndaşların kütləvi etirazı və ya nömrələri baykot etməsi mümkünsüzdür. Əmək qabiliyyətli insanların sayı çox olduğu üçün, praktiki olaraq belə addımların nəticəsi olmur. Amma düşünürəm ki, yaxın zamanda dövlət səviyyəsində müdaxilə olacaq.”

Dəniz Pənahova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see251

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see199

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see184

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see178

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see175

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see170

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see165

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see162

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see146

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see140

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri