“Azercell”ilər bu xidmətin də ödənişli olmasından narazıdır Foto
Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.
Mobil operator “Azercell”ə qarşı sosial şəbəkələrdə narazılıqların səviyyəsi artmaqda davam edir. Abunəçilər xidmət keyfiyyəti, balans siyasəti və yüksək tariflərdən ciddi şəkildə gileylənirlər. “Azercell” müştəriləri avtomatik balans məlumatı xidməti yenilənməsi üçün 0.59 qəpik tələb edilməsindən narazıdır.
Tribunainfo.az xəbər verir ki, son olaraq, sosial şəbəkə istifadəçisi Əli Murad şəxsi sosial şəbəkə hesabında “Azercell”in xidmət siyasətini tənqid edərək yazıb:
“Ay “Azercell”, bəsdir də, indiyə qədər belə şey olmamışdı. Niyə axı belə edirsən? İnternet qiymətləri qalxdı, konturun istifadə müddəti azaldı. Balansda 5 manat var, deyirəm 9 manatlıq tarifi ləğv edin, ucuz tarifə qoşulum. Deyir, ən ucuz tarif elə budur. Başqa tarifə qoşula bilmirsən. İndidə bu 59 qəpik. Birazdan balansa pul yükləyəndə komissiya da tutacaq, 1 manat yükləyəcəyik, 80 qəpik oturacaq”.
Qeyd edək ki, “Azercell”in sonuncu qiymət artımından sonra ona qarşı tənqidlər və abunəçilərin nömrələrdən imtina halları artıb.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 17 İyul 2025 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















