Icma.az
close
up
RU
“Azərekspertiza”nın aktiv statusunu ləğv edildi, birlik etiraz edir

“Azərekspertiza”nın aktiv statusunu ləğv edildi, birlik etiraz edir

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Ticarət və Sənaye Palatası nəzdində fəaliyyət göstərən "Azərekspertiza” Birliyi özünün Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) tərəfindən rəsmi internet portalında "fəaliyyəti dayandırılmış qiymətləndiricilər” bölməsinə daxil edilməsindən narazıdır.

"Azərekspertiza”dan "Report”a bildirilib ki, Birlik uzun illərdir qiymətləndirmə sahəsində peşəkar fəaliyyət göstərir və burada çalışan əməkdaşların bir çoxu 10 ildən artıq təcrübəyə malikdir.

"Azərekspertiza” hesab edir ki, "Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna əsasən, AQP-nin qiymətləndirici təşkilatlara qarşı fəaliyyətə xitam verilməsi və ya digər sanksiyaların tətbiqi səlahiyyəti yoxdur: "Palatanın bu addımı hüquqi çərçivələri aşmaqla yanaşı, ümumi ictimai inama və iqtisadi münasibətlərə də mənfi təsir göstərir. Qiymətləndiricilər Palatası kimi institutların funksiyası tənzimləyici və dəstəkləyici olmaqdır. Mövcud vəziyyətlə bağlı hüquqlarımızı qorumaq məqsədilə qanunvericiliyin verdiyi bütün imkanlardan, o cümlədən məhkəmə müstəvisindən istifadə ediləcək”.

Bu mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Palatasından "Report”a bildirib ki, "Azərekspertiza” Birliyi hazırda Palatanın rəsmi elektron reyestrində "fəaliyyəti dayandırılmış qiymətləndirici təşkilat” kimi qeyd olunmasının səbəbi Birliyin sənədlərində hüquqi uyğunsuzluqların mövcudluğudur.

Palata qeyd edib ki, yeni elektron reyestr sisteminin qurulması prosesində bütün üzv təşkilatlardan təsis sənədləri, çıxarış və nizamnamələrinin təqdim olunması tələb edilib. Bu proses zamanı "Azərekspertiza” Birliyinin nizamnaməsinin hələ də kiril qrafikası ilə olduğu müəyyən edilib. Halbuki, qanunvericiliyə əsasən, rəsmi sənədlər yalnız latın qrafikalı Azərbaycan əlifbasında hazırlanmalıdır.

Qiymətləndiricilər Palatası qeyd edib ki, 17 iyun 2025-ci il tarixində Birliyə göndərilən rəsmi məktubda üç məsələ ilə bağlı hüquqi uyğunsuzluqların aradan qaldırılması istənilib: "Birincisi, Birliyin təşkilati-hüquqi formasının kommersiya hüquqi şəxs statusuna uyğunlaşdırılması; ikincisi, nizamnamənin latın qrafikası ilə yenilənərək müvafiq icra orqanı tərəfindən təsdiqlənərək təqdim olunması; üçüncüsü, qiymətləndirmə fəaliyyətinin əsas fəaliyyət sahəsi kimi təsbit olunması. Buna cavab olaraq, iyulun 15-də birlik yalnız köhnə nizamnamənin notarial tərcüməsini təqdim etmiş, lakin hüquqi dəyişikliklər edilməmişdir”.

AQP vurğulayıb ki, "Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü və 1.1.3-cü maddələrinə əsasən, qiymətləndirici təşkilat dedikdə əsas fəaliyyəti qiymətləndirmə olan və kommersiya hüquqi şəxs kimi qeydiyyatdan keçmiş təşkilat başa düşülür. "Azərekspertiza” Birliyinin çoxprofilli fəaliyyəti bu tələblərə uyğun gəlmir.

"Ümumiyyətlə, "Azərbaycan Ticarət və Sənaye Palatası” adlanan qurumun fəaliyyət istiqaməti və hüquqi statusu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən Ədliyyə Nazirliyinin Notariat Baş İdarəsinə və İqtisadiyyat Nazirliyinin Vergilər strukturuna rəsmi məktubla müraciət edilib. Palatanın hüquqi şəxsin ləğv edilməsi və ya fəaliyyətinə rəsmi xitam verilməsi səlahiyyəti yoxdur. Bu səlahiyyət yalnız müvafiq məhkəmə və dövlət orqanlarına aiddir. Lakin daxili prosedurlar və Etik Davranış Kodeksi çərçivəsində üzv təşkilatların reyestrdə aktiv və ya passiv statusla qeydiyyata alınması hüququna malikdir. AQP-nin Rəyasət Heyətinin qərarı ilə "Azərekspertiza” Birliyi üç ay müddətinə Palatanın reyestrindən müvəqqəti olaraq uzaqlaşdırılıb və bu müddət ərzində sənədlərinin qanunvericiliyə uyğun şəkildə qaydaya salınmasından sonra fəaliyyətinin bərpası mümkün olacaqdır. Onun tərkibində olan fərdi qiymətləndiricilər isə reyestrdən çıxarılmayıb, onlar fəaliyyətlərini davam etdirirlər. Qiymətləndiricilər Palatasının bu qərarı hüquqi əsaslara söykənir və yalnız qiymətləndirmə sahəsində qanunvericiliyə uyğunluğun təmin olunmasına xidmət edir”, - deyə AQP-nin açıqlamasında qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Avqust 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri