“AzərEnerji” Dünya Bankı ilə AZURE layihəsini müzakirə edib
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“AzərEnerji” ASC və Dünya Bankı arasında “Azərbaycanda Bərpa Olunan Enerji Mənbələri Hesabına Elektrik Enerjisi İstehsalının Genişləndirilməsi Layihəsi”ni (AZURE) müzakirə edib.
“Report” “AzerEnerji”yə istinadən xəbər verir ki, bu barədə müzakirələr “AzərEnerji”nin rəhbəri Baba Rzayevlə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə ekoloji rəhbəri Sancay Srivastavanın başçılıq etdiyi nümayəndə heyətləri arasında keçirilən görüşdə aparılıb.
Görüşdə AZURE layihəsinin gedişatı, atılacaq növbəti addımlar, əməkdaşlığın perspektivləri barədə müzakirələr də aparılıb.
Azərbaycanda həyata keçiriləcək irihəcmli bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası və yeni çəkiləcək ötürmə xətləri, fəaliyyətlərin ekoloji təsirləri və başqa məsələlər də görüşdə müzakirə mövzusu olub.
Baxış sayı:168
Bu xəbər 28 Yanvar 2025 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















