“AzərEnerji” EXPO 2025 də təqdimat keçirdi Foto
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Xəbər verildiyi kimi Yaponiyanın Osaka şəhərində keçirilən EXPO 2025 Dünya sərgisində Azərbaycan heyəti Heydər Əliyev Fondunun təşkilatçılığı ilə qurulan “Yeddi Gözəl” pavilyonu ilə təmsil olunur.
“Qafqazinfo” xəbər verir ki, sentyabrın 28-də “Azərenerji” ASC-nin nümayəndə heyəti pavilyonda sərginin əsas istiqamətlərindən biri olan BMT-nin 17 Davamlı İnkişaf Məqsədi çərçivəsində görülən işlər barədə təqdimat keçirib.
Təqdimatda xüsusilə üç istiqamət üzrə görülən tədbirlər vurğulanıb: “Münasib və Təmiz Enerji”, “Məsuliyyətli İstehlak və İstehsal” və “İqlim Dəyişikliyi ilə Mübarizə”. Bu mövzular üzrə Yaşıl Enerji Zonalarının inkişafı, istehsal güclərində yeni texnologiyaların tətbiqi, bərpa olunan enerji mənbələrinin sistemə inteqrasiyası, eləcə də beynəlxalq enerji dəhlizlərində iştirakla bağlı həyata keçirilən layihələr barədə məlumat verilib.
Təqdimat sərgi qonaqları tərəfindən maraqla qarşılanıb və Azərbaycanda enerji sahəsində görülən işlər müsbət qiymətləndirilib.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 29 Sentyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















