Icma.az
close
up
RU
“Azərenerji” ilə “Schneider Electric” memorandum imzaladı

“Azərenerji” ilə “Schneider Electric” memorandum imzaladı

COP29 çərçivəsində “Schneider Electric” şirkətinin Beynəlxalq əməliyyatlar üzrə icraçı vitse-prezidenti Maniş Pant və şirkətin Türkiyə və Mərkəzi Asiya üzrə prezidenti İsmayıl Yamangil bu gün “AzərEnerji” ASC-nin “yaşıl zona”da yerləşən pavilyonunda olublar.

Sfera.az xəbər verir ki, daha sonra qonaqların “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevlə görüşü olub.

Görüşdə mövcud əlaqələr və perspektiv layihələr ətrafında müzakirələr aparılıb.

Sonda “Schneider Electric” və “Azərenerji” ASC arasında bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası, enerji monitorinqi, planlaşdırma və digər sahələri əhatə edən anlaşma memorandumu imzalanıb.

seeBaxış sayı:100
embedMənbə:https://sfera.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri