Icma.az
close
up
RU
“Azərenerji”, SOCAR Trading və “Ansaldo Energia” arasında mühüm sənəd imzalandı

“Azərenerji”, SOCAR Trading və “Ansaldo Energia” arasında mühüm sənəd imzalandı

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

COP29 çərçivəsində “AzərEnerji” ASC, SOCAR Trading və İtaliyanın “Ansaldo Energia” şirkəti arasında karbon kreditlərinə dair üçtərəfli sənəd imzalanıb. 

"Unikal" xəbər verir ki, sənədə əsasən “Ansaldo Energia” şirkəti Kəlbəcər rayonunda “AzərEnerji” tərəfindən 2023-cü ildə tikilərək istismara verilən “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Qamışlı” və “Meydan” kiçik su elektrik stansiyalarında istehsal edilən sıfır emissiyalı elektrik enerjisi üzrə gələcəkdə yaradılacaq karbon kreditlərini almaq niyyətini təsdiqləyib. 

Qeyd edək ki, 2024-cü ilin əvvəlində Kəlbəcər rayonunda yerləşən “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Qamışlı” və “Meydan” kiçik su elektrik stansiyaları üçün karbon sertifikatlarının alınması və bununla karbon kreditləri üzrə könüllü bazarda iştirakın təmin edilməsi məqsədilə “Azərenerji” ASC və “SOCAR Trading” əməkdaşlığı çərçivəsində Qətərdə yerləşən “Global Carbon Council” qurumlarına müraciət edilib. 

Qeydiyyat proseduru bitmək üzrə olan beş kiçik su elektrik stansiyasının fəaliyyəti nəticəsində il ərzində 30 min ton karbon dioksid qazının atmosferə atılmasının qarşısının alınması nəzərdə tutulub. 
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək bu layihə Azərbaycandan karbon kreditləri üzrə könüllü bazarda iştirak üçün müraciət edilən ilk layihələrdəndir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Noyabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri