“AzərEnerji” və bp şirkəti arasında müzakirələr aparılıb AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 3 dekabr, AZƏRTAC
“AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevlə bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyətinin görüşü olub.
ASC-dən AZƏRTAC-a bildirilib ki, bp şirkəti ilə Azərbaycan enerjisistemi arasındakı əməkdaşlıq münasibətlərinin müzakirə edildiyi görüşdə Səngəçal terminalının elektrik şəbəkəsinə qoşulma layihəsinin gedişatı, bu layihənin dekarbonizasiya məqsədində önəm daşıması ilə bağlı Prezident İlham Əliyevin COP29-un açılış mərasimində dediyi fikirlər xüsusi olaraq vurğulanıb.
Görüşdə Cəbrayılda tikilən 240 meqavatlıq bp “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün “AzərEnerji” tərəfindən tikilən 330 kV-luq yarımstansiya və bu yarımstansiyanın 330 kV-luq “Cəbrayıl” Enerji Qovşağı ilə əlaqələndirilməsi üçün 330 kV-luq ötürmə xətlərinin çəkilməsi və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 03 Dekabr 2024 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















