Icma.az
close
up
RU
“Azərenerji”nin 300 milyonluq borcu yaranıb FAKİTİKİ VƏZİYYƏT

“Azərenerji”nin 300 milyonluq borcu yaranıb FAKİTİKİ VƏZİYYƏT

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti 2024-cü il üzrə konsolidə edilmiş maliyyə hesabatlarını təqdim edib.

Yenisabah.az xəbər verir ki, hesabata əsasən, şirkətin gəlirləri azalsa da, xərclərə daha effektiv nəzarət nəticəsində mənfəət göstəriciləri ötən illə müqayisədə demək olar ki, stabil qalıb.

Gəlirlər: pizza hut

2024-cü ildə “Azərenerji” ASC-nin enerji satışı üzrə gəlirləri 255,6 milyon manat (15,2%) azalaraq 1 milyard 430 milyon manat təşkil edib.

Elektrik şəbəkəsinə qoşulma haqları 1,2 milyon manat olub ki, bu da illik 1,8 milyon manat (59,3%) azalmadır. Digər satışlar isə 10 dəfə artaraq 37,5 milyon manata çatıb.

Nəticədə, cəmi gəlirlər  1 milyard 468 milyon manat təşkil edib. Bu da son bir il ərzində 223,7 milyon manat (13,2%) azalma deməkdir.

Əməliyyat Xərcləri: 

2024-də “Azərenerji”nin yanacaq xərci 123,4 milyon manat (15,3%) azalaraq 686 milyon manat olub.

Köhnəlmə və amortizasiya xərcləri 14,3 milyon manat (5,1%) artaraq 293 milyon manata çatıb.

İşçi xərcləri 21,4 milyon manat (20,4%) artaraq 126 milyon manat təşkil edib.

Təmir və texniki xidmət xərcləri 53,3 milyon manat (44,3%) azalaraq 67 milyon manat olub.

Mənfəət vergisindən başqa digər vergilər 600 min manat (2,2%) azalaraq 26,3 milyon manat təşkil edib.

Xammal və materiallar xərcləri 6 milyon manat (28%) azalaraq 15,5 milyon manat olub.

Alınmış elektrik enerjisi xərci 20,7 milyon manat (2,3 dəfə) artaraq 36,4 milyon manat olub.

Ticarət və digər debitor borcların dəyərsizləşməsi ehtiyatında dəyişiklik maddəsi üzrə 8,7 milyon manat gəlir yaranıb (ötən il 800 min manat zərər idi).

Digər xərclər isə 34,3 milyon manat (49,2%) azalaraq 35,4 milyon manat təşkil edib.

Beləliklə, Cəmi əməliyyat xərcləri 170,6 milyon manat (11,8%) azalaraq 1 milyard 277 milyon manat olub.

Mənfəət Göstəriciləri:

Əməliyyat mənfəəti 53,1 milyon manat (21,7%) azalaraq 191,7 milyon manat təşkil edib.

Şirkətin xalis maliyyə xərci 2,7 milyon manat azalaraq 21,9 milyon manata enib. Xarici valyuta mübadiləsindən gəlir 130,2 milyon manat, zərər isə 67,7 milyon manat olub.

Mənfəət vergisindən əvvəl mənfəət  232,3 milyon manata bərabər olub. Bu 2023-cü ilin göstəricisindən 4,1 milyon manat (1,7%) azdır.

58,5 milyon manat mənfəət vergisi ödənildikdən sonra şirkət 2024-cü ili 173,8 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilki göstəricidən (175,1 milyon manat) cəmi 1,3 milyon manat (0,7%) azdır.

Aktivlər:

Cəmi aktivlər 598,4 milyon manat (11,3%) artaraq 5 milyard 912 milyon manata çatıb.

Bunun 5 milyard 44 milyon manatı uzunmüddətli aktivlərin, 868,5 milyon manatı isə qısamüddətli aktivlərin payına düşür.

Ən böyük artım “Əmlak, tikili və avadanlıqlar” maddəsində baş verib - 900 milyon manat (22,7%) artaraq 4 milyard 855 milyon manata yüksəlib.

Pul vəsaitləri və onların ekvivalentləri isə 124,3 milyon manat  bərabər olub. Bu illik müqayisədə 4,7 milyon manat (4%) çoxdur.

Kapital və Öhdəliklər:

Cəmi kapital 309 milyon manat (11,1%) artaraq 3 milyard 92 milyon manata çatıb.

Cəmi öhdəliklər 2 milyard 821 milyon manata bərabər olub. Bu da son bir il ərzində 289,4 milyon manat (11,4%) artımdır.

Uzunmüddətli öhdəliklər 18,3 milyon manat (1,2%) azalaraq 1 milyard 479 milyon manat təşkil edib.

Qısamüddətli öhdəliklər isə 307,7 milyon manat (29,8%) artaraq 1 milyard 342 milyon manat olub. Bu artım əsasən “Ticarət və digər kreditor borcları” (104 milyon manat artım) və “Ödənilməli mənfəət vergisindən başqa vergilər” (115,6 milyon manat artım) hesabına baş verib.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 İyul 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri