AzerGold Daşkəsən sakinlərinə Ramazan sovqatları təqdim edib FOTO
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“AzerGold” QSC-nin Daşkəsən rayonunda növbəti sosial yardım aksiyası dünya müsəlmanlarının birlik və həmrəylik rəmzi olan müqəddəs Ramazan bayramı günündə təşkil edilib.
Modern.az xəbər verir ki, aksiya çərçivəsində Daşkəsən rayonu, həmçinin Çovdar, Quşçu kəndi, eyniadlı qəsəbədə yaşayan aztəminatlı ailələr ziyarət edilib.
Vətəndaşlara Səhmdar Cəmiyyətin adından bayram təbrikləri çatdırılıb, müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim edilib.
Qeyd edək ki, “AzerGold” QSC-nin Sosial Təsir və Məsuliyyət üzrə siyasəti çərçivəsində mütəmadi icra edilən bu tip aksiyaların məqsədi dövlət siyasətinin əsasını təşkil edən sosialyönümlü fəaliyyətə, ölkə əhalisinin rifah halını yaxşılaşdırması istiqamətində atılan addımlara töhfə verməkdir.
Cəmiyyət fəaliyyət göstərdiyi bölgədə yaşayan vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsi üçün ilə hər il müxtəlif növ layihələr, yerli icmaların ehtiyaclarına uyğun sosial təşəbbüslər həyata keçirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 31 Mart 2025 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















