Icma.az
close
up
RU
“AzerGold” QSC də Sudan Respublikasının ölkəmizdəki səfiri ilə görüş keçirilib

“AzerGold” QSC də Sudan Respublikasının ölkəmizdəki səfiri ilə görüş keçirilib

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Sudan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa ilə görüş keçirib.

Z. İbrahimov qonaqları salamlayaraq, Mentorluq Proqramı çərçivəsində görüşdə iştirak edən “Yüksəliş” müsabiqəsinin qalibləri Aslan Həsənli və Rüfət Məmmədxanlını təqdim edib. Sədr dövlət başçısının müvafiq sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsinin ölkədə istedadlı və idarəetmə potensialı olan gənclərin aşkara çıxarılması və inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Müsabiqənin iştirakçılara bilik və bacarıqlarını qiymətləndirmək, liderlik keyfiyyətlərini təkmilləşdirmək və peşəkar şəbəkələrini genişləndirmək imkanı yaratdığı qeyd edilib.

İdarə Heyətinin sədri ölkəmizdə həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, əlverişli investisiya mühiti və dağ-mədən sənayesinə göstərilən dövlət dəstəyi nəticəsində “AzerGold” QSC-nin fəaliyyət istiqamətləri üzrə mühüm nailiyyətlər, geniş təcrübə əldə etdiyini bildirib. Sədr mineral resurslarla zəngin ölkələrlə beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən danışaraq, xüsusən Mərkəzi Asiya və Afrika regionlarının “AzerGold” QSC üçün strateji maraq dairəsində olduğunu diqqətə çatdırıb.

Səfir Ənəs Eltayeb Elqaylani Mustafa Sudanın Azərbaycanla müxtəlif sahələrdə, xüsusilə dağ-mədən sənayesi sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. O, ölkəsinin qızıl və mis kimi zəngin filiz ehtiyatlarına və geniş ixrac potensialına malik olduğunu deyib. Səfir əlavə edib ki, Sudan hökuməti bu potensialın səmərəli şəkildə dəyərləndirilməsi üçün xarici tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlığa xüsusi önəm verir.

Tərəflər görüşü ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində atılmış müsbət bir addım kimi dəyərləndirib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 Noyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri