Icma.az
close
up
RU
“AzerGold” və Agentlik rəhbərliyi qeyri filiz yataqlarına baxış keçirib

“AzerGold” və Agentlik rəhbərliyi qeyri filiz yataqlarına baxış keçirib

Icma.az bildirir, Apa.az portalına istinadən.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov Şəki-Zaqatala iqtisadi rayonunda yerləşən bir sıra qeyri-filiz yataqlarına baxış keçirib, sahələrdə istismar işləri həyata keçirən sahibkarlarla görüşüblər.

Bu barədə “APA-Economics”ə “AzerGold” QSC-dən bildirilib.

Məlumata görə, ölkə ərazisində qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması prosesi çərçivəsində Qax, Oğuz və Qəbələ rayonlarında təşkil edilən görüşlərin məqsədi sahələrdəki mövcud vəziyyətlə əyani tanışlıq, sahibkarların təkliflərinin dinlənilməsi, yeni təşəbbüslərlə bağlı fikir mübadiləsinin aparılmasıdır.

Yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli nümayəndələrinin, həmçinin “AzerGold” QSC-nin prosesə cəlb etdiyi beynəlxalq nüfuzlu “Boston Consulting Group” məsləhətçi şirkətinin təmsilçisinin iştirakı ilə keçirilən görüşlər zamanı qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə əlaqədar sənədləşmə işləri və bazar iştirakçılarının qarşılaşdıqları çətinliklərlə bağlı müzakirələr aparılıb. Görüşlərdə sahibkarların sualları cavablandırılıb, rəy və təklifləri qeydə alınıb. Sahə üzrə ixtisaslaşmış bazar iştirakçıları ilə intensiv görüşlərin davam etdiriləcəyi, təkliflərin təhlil olunacağı vurğulanıb.

Bildirilib ki, aparılan təhlillərin əsas məqsədi bu istiqamət üzrə səmərəliliyin və şəffaflığın artırılması, nəzarət mexanizmlərinin gücləndirilməsi, innovativ yanaşmaların tətbiqi ilə fəaliyyətin ekoloji norma və standartlar və beynəlxalq tələblər əsasında təşkil edilməsi, yerli sahibkarların fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi, yeni iş yerlərinin yaradılması ilə regionlarda məşğulluğun artırılmasına töhfələrin verilməsidir.

Qeyd edək ki, “AzerGold” QSC-nin mütəxəssisləri tərəfindən cari ilin əvvəlindən Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Qarabağ, Şərqi Zəngəzur və digər iqtisadi rayonlara da səfərlər təşkil edilərək, 70-dən çox yatağa baxış keçirilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində mövcud vəziyyətin təhlil edilməsi, müvafiq bazarın öyrənilməsi və aparılacaq təhlillərin nəticəsindən asılı olaraq bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılıb.

Eyni zamanda QSC beynəlxalq standartlar nəzərə alınmaqla, yerli standartların təkmilləşdirilməsi üçün təkliflərini altı ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməli, bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 Mart 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri