Icma.az
close
up
RU
“AzerGold”da QvineyaBisaunun nümayəndə heyəti ilə görüş keçirildi Fotolar

“AzerGold”da QvineyaBisaunun nümayəndə heyəti ilə görüş keçirildi Fotolar

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov dekabrın 2-də ölkəmizdə səfərdə olan Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icma naziri Karlos Pinto Pereiranın rəhbərlik etdiyi, ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi naziri Viriato Kassamanın da daxil olduğu nümayəndə heyəti ilə görüşüb. 

Zаkir İbrahimov “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, Səhmdar Cəmiyyətin strateji planları və dağ-mədən sektorunda iqtisadi səmərəliliyin artırılması, eləcə də yerli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun ətraf mühitin mühafizəsi, sosial məsuliyyət istiqamətində görülən işlər haqqında bəhs edib.

“AzerGold” QSC-nin xarici tərəfdaşlarla uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu bildirən Zakir İbrahimov fəaliyyətin gələcəkdə ölkə hüdudlarından kənarda da genişləndirilməsinin QSC-nin strateji planlarına daxil olduğunu qeyd edib. Sədr mineral resurslarla zəngin olan Afrika qitəsinin də maraq dairəsində olduğuna diqqət çəkib.

Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icma naziri Karlos Pinto Pereira ölkəsinin ikitərəfli münasibətlərin möhkəmdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb, dağ-mədən sahəsində mövcud imkanları və investorlar üçün yaradılan şəraitdən bəhs edib.

Ölkəsində dağ-mədən sahəsinin ilkin inkişaf mərhələsində olduğunu bildirən Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi naziri Viriato Kassama isə “AzerGold” QSC-nin təcrübəsindən faydalanmaq niyyətində olduqlarını ifadə edib. Nazir ölkəsinin ən son geoloji xəritəsinin 1970-ci illərdə keçmiş SSRİ-dən olan mütəxəssislər tərəfindən hazırlandığını və müasir tədqiqat metodları ilə perspektivli sahələrin müəyyən edilməsinə böyük ehtiyac olduğunu qeyd edib. 

Tərəflər “AzerGold” QSC-nin innovativ geoloji axtarış metodları və müasir tədqiqat üsullarından istifadə təcrübəsi nəzərə alınaraq, bu sahədə əməkdaşlığın qurulması ətrafında fikir mübadiləsi aparıblar.

Görüşün davamında “AzerGold” QSC tərəfindən Qvineya-Bisau ərazisində mövcud perspektivli sahələrin ilkin ehtiyatlarının qiymətləndirilməsi işlərinin aparılmasına dair ilkin razılıq əldə edilib. Bu məqsədlə Səhmdar Cəmiyyəti tərəfindən xəritəalma işləri, axtarış-qiymətləndirmə mərhələsi üzrə ölkə ərazisində qeyri-invaziv axtarış metodu hesab edilən hiperspektral peyk çəkilişləri həyata keçirilməli, məlumatların təhlili, o cümlədən ilkin geoloji kəşfiyyat işləri icra olunmalıdır. 

Görüşdə Azərbaycan şirkətinin xüsusilə qızıl mədənlərinin istismarı üzrə təcrübəsi nəzərə alınaraq, gələcəkdə kəşf ediləcək qızıl mədənlərində hasilat işlərinin aparılmasına dair təşəbbüsləri də dəyərləndirməyə hazır olduğu diqqətə çatdırılıb.  

Görüşün nəticəsi olaraq “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi naziri Viriato Kassama arasında dağ-mədən sahəsində məlumat mübadiləsinə dair Məlumatların Gizli Saxlanılması (NDA – Non-disclosure agreement) sənədi imzalanıb.





Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Dekabr 2024 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri