Icma.az
close
up
RU
Azeri Light 4 ilin zirvəsində: Bahalaşan neft Azərbaycan üçün nə vəd edir?

Azeri Light 4 ilin zirvəsində: Bahalaşan neft Azərbaycan üçün nə vəd edir?

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Məlum olduğu kimi, dünya bazarında Azərbaycan neftinin hər bareli 100 dollardan baha təklif edilir. Bəs neftin bahalaşması büdcədən daha çox ayırmalara imkan yarada bilərmi?

Qaynarinfo xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında şərh verib. 

Deputat xatırladıb ki, 2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar nəzərdə tutulub.

"Təbii ki, illik orta qiyməti bir neçə günlük və ya həftəlik, hətta aylıq qiymətlərlə müqayisə etmək olmaz. Söhbət illik orta qiymətdən gedir. Bununla belə, "Statistika”nın hesablamarına görə, bu ilin yanvar ayında "Brent” markalı neftin bir barelinin orta qiyməti 62.54 dollar, fevral ayında isə 66.6 dollar olub. FRED isə orta qiymətlərin uyğun olaraq 66.6 və 70.8 dollar olduğunu bəyan edib. Göründüyü kimi, 2026-cı ilin ilk ayında dünya bazarındakı qiymət büdcədə nəzərdə tutulandan cüzi fərqlənib. Bu ayın ilk həftəsində isə neftin qiyməti 84-90 dollar intervalında dəyişib”, - o qeyd edib.


V. Bayramov bildirib ki, yüksək qiymətlər Dövlət Neft Fondunun gəlirlərini artıracaq: "2026-cı il üçün Azərbaycanın dövlət büdcəsi gəlirlərinin 43 faizinin və ya 16,4 milyard manatının neft-qaz sektorunun payına düşəcəyi gözlənilir. Bunun 12,8 milyard manatı Dövlət Neft Fondunun transfertləridir. Göründüyü kimi, neftin dünya bazar qiymətinin yüksəlməsi büdcə gəlirlərinin 3,6 milyard manatlıq hissəsinə birbaşa təsir göstərəcək. Qeyri-neft daxilolmalarına isə dolayı təsirlər qeydə alınır. Fondun transfertləri öz gəlirləri hesabına ödənildiyi üçün neftin qiyməti ilə o məbləğin birbaşa əlaqəsi olmur. Amma yüksək qiymətlər Dövlət Neft Fondunun gəlirlərinin və eləcə də valyuta ehtiyatlarının artmasına səbəb olacaq. Deməli, orta illik qiymət yüksək olacağı halda neft və qaz sektorundan büdcəyə daha çox vəsait daxil olacaq.

Aydındır ki, dövlət büdcəsinin gəlirlərinin artması milli təhlükəsizlik, işğaldan azad olunan ərazilərimizin bərpası, sosial müdafiənin gücləndirilməsi kimi prioritet istiqamətlərə daha çox vəsaitin ayrılmasına imkan yaradır. Daha çox gəlir, daha çox fiskal xərcləmə deməkdir. Bu, qeyri neft-qaz sektorunun inkişafı üçün maliyyə təminatı da gücləndirir. Təbii ki, Azərbaycan dünya bazarında daha dayanıqlı qiymət tarazlığında maraqlıdır. Bütün hallarda isə, enerji ölkələri üçün yüksək neft qiyməti, daha çox valyuta gəliri deməkdir”.

Qeyd edək ki, hazırda dünya bazarlarında "Azeri Light” (CIF) markalı Azərbaycan nefti 103,03 ABŞ dollarına təklif olunur. Bu isə 2022-ci ildən (100,68 dollar) sonra qeydə alınan ilk yüksək göstəricidir. Həmin dövrə qədər isə Azərbaycan neftinin qiyməti 2014-cü ildə bir barel üçün 100 dollardan çox olub.

Ümumilikdə isə "Azeri Light”ın bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Mart 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri