“Azeri Light” və “Brent” arasında qiymət fərqi niyə böyüyür?
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Azeri Light” nefti “Brent” markalı neftdən daha keyfiyyətli (yüngül və kükürdsüz) olduğu üçün adətən dünya bazarlarında 2-4 dollar baha satılıb.
Yeniavaz.com xəbər verir ki, son günlər “Azeri Light” və “Brent” markalı neftin qiymətləri arasında kəskin fərq yaranıb. Hətta, bu fərq bu gün – 3 aprel tarixində 30 dollara çıxıb. Belə ki, “Brent” markalı neft 110 dollara satıldığı halda, “Azeri Light” markalı neftin qiyməti 140 dollara kimi yüksəlib.
Məlumat üçün bildirək ki, Azərbaycan nefti əsasən Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə Aralıq dənizinə (Ceyhan limanı) çıxarılır. Fars körfəzi və Hörmüz boğazında yaranan risklər həmin regiondan gələn neftin tədarükünü təhlükə altına saldığı üçün, Aralıq dənizi hövzəsində dərhal yüklənə bilən “təhlükəsiz” Azərbaycan neftinə tələbat kəskin artıb.
Bundan başqa “Azeri Light” neftindən yüksək keyfiyyətli dizel və benzin istehsal etmək mümkündür. Hazırda Avropada və bəzi digər regionlarda neft emalı zavodları kəskin yanacaq qıtlığı ilə üzləşib. “Brent” nefti ilə müqayisədə Azərbaycan nefti daha az enerji sərfiyyatı ilə daha çox mənfəətli yanacaq verdiyi üçün, zavodlar bu nefti əldə etmək üçün daha böyük ödəniş verməyə hazırdırlar.
Qeyd etdiyimiz kimi, normal vaxtlarda “Brent” ilə “Azeri Light” neftinin qiyməti arasındakı fərq kiçik olur.
Lakin, hazırda Yaxın Şərqdə münaqişə olduğu üçün tankerlərin icarə haqqı 3-4 dəfə artıb. “Azeri Light” nefti “ünvana çatdırılma” (CIF) şərti ilə satıldığı üçün sığorta və daşıma xərci avtomatik olaraq onun satış qiymətinə əlavə olunur. “Brent” nefti isə “yerində satış” (FOB) şərti ilə satıldığı üçün onun qiymətində bu daşıma xərci görünmür.
Müharibə və gərginlik olan bölgələrdə neft daşıyan gəmilərin sığorta haqları da kəskin artıb. CIF qiymətinin tərkibində sığorta olduğu üçün bu bahalaşma Azərbaycan neftinin son satış qiymətini “Brent”dən daha yuxarı qaldırır.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:“Azeri Light” ucuzlaşdı, “Brent” və “WTI” bahalaşdı
17 İyul 2026 09:15
Brent və WTI bahalaşdı, Azeri Light isə ucuzlaşdı
15 Avqust 2026 09:34
“Azeri Light” enir, “Brent” yüksəlir Bazarda qarışıq dinamika
02 Aprel 2026 10:52
“Azeri Light” ucuzlaşdı
09 Aprel 2025 10:12
“Azeri Light” bahalaşdı
05 Noyabr 2024 10:06
Baxış sayı:198
Bu xəbər 03 Aprel 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















