Icma.az
close
up
RU
Azəri Med Naxçıvanda tender qazandı 1,7 milyona nə satacaq?

Azəri Med Naxçıvanda tender qazandı 1,7 milyona nə satacaq?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Milli Onkologiya Mərkəzinin (MOM) keçirdiyi tenderlərin əvəzolunmaz qalibi "Azəri Med" Qapalı Səhmdar Cəmiyyəti (QSC) artıq Naxçıvan Muxtar Respublikasında keçirilən satınalma müsabiqələrini də "fəth” etməyə başlayıb. 

Qaynarinfo xəbər verir ki, şirkət Naxçıvan MR Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Xidmətinin (TTYX) regionlarda yerləşən 32 ədəd təcili tibbi yardım geolokasiyasının təchizatının gücləndirilməsinə dair malların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. 

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 760 350,81 manatdır. 

TTYX bu məbləğə aşağıdakı malları almağı planlaşdırır:

Xəstəbaşı monitor – 64 ədəd

Şırınqa pompası – 64 ədəd

İnfuziya pompası – 64 ədəd

Venadaxili infuziyalar üçün ştativ – 64 ədəd

4 motorlu çarpayı – 32 ədəd

3 motorlu çarpayı – 32 ədəd

Larinqoskop seti – 32 ədəd

Defibrilyator / monitor – 32 ədəd

Xəstəbaşı panel – 64 ədəd

Təcili yardım arabası (Crash cart) – 32 ədəd

Xəstədaşıma xərəyi – 32 ədəd

Xəstədaşıma kreslosu – 32 ədəd 

Oksigen terapiya dəsti – 32 ədəd

Oksigen konsentratoru 10L – 32 ədəd

Portativ aspirator (sorucu) – 32 ədəd

Divarüstü diaqnostik dəst oftalmoskop - otoskop – tonometr – 32 dəst.

"Azəri Med” QSC 2004-cü ildə 10 000 manatlıq nizamnamı kapitalı ilə təsis edilib. Şirkət tibbi avadanlıqların satışını həyata keçirir. Bu sahədə inhisarçı şirkətlərdən hesab edilir. 

Şirkətin deputat Kamaləddin Qafarova məxsus olması barədə iddialar var. Şirkətlə bağlı məlumatları təhlil etdikdə bu iddiaların əsassız olmadığı qənaəti yaranır. 

"Azəri Med" QSC-nin 2009-2013-cü illərdə qanuni təmsilçisi olmuş Qafarov Hüsaməddin Şəmsəddin oğlu Kamaləddin Qafarovun yaxın qohumudur. 

Bundan başqa, reyster məlumatlarında şirkətin hüquqi ünvanı kimi qeyd edilən Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 65 A, məhəllə 3078A, mənzil 155-də deputatın ailə üzvlərinin qeydiyyatda olduğu bildirilir.

Kamaləddin Qafarov deputat olmamışdan əvvəl MOM direktor müavini vəzifəsində çalışıb. "Azəri Med" QSC-nin MOM-un keçirdiyi tenderlərin dəyişməz qalibi olması da bununla əlaqələndirilir. 

Azərbaycan qanunvericiliyi deputatın biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Konstitusiyanın 85-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər deputat seçilə bilməzlər.

Seyid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Yanvar 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri