Icma.az
close
up
RU
Azəriqaz Bakı sakininə 26 min manat cərimə yazıb (VİDEO)

Azəriqaz Bakı sakininə 26 min manat cərimə yazıb (VİDEO)

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında çəkiliş qrupu Xəzər rayonunun Zirə qəsəbə sakini Ramil Məmmədovun müraciətini araşdırıb.

Şikayətçinin sözlərinə görə, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən ona 26 min manat məbləğində cərimə yazıldığını iddia edib.

Vətəndaş bu məbləği ödəmədikdə qurum məsələ ilə bağlı məhkəməyə müraciət edib. Lakin Ramil Məmmədov bildirir ki, məhkəmə prosesinin sonunda qərar onun xeyrinə olub və "Azəriqaz" iddiasını sübut edə bilməyib. Buna baxmayaraq, şikayətçinin sözlərinə görə, nə onun adına yazılmış borc sistemdən silinib, nə də evinə normal qaz verilişi təmin olunub.

O iddia edir ki, qaz bir gün verilir, beş gün isə kəsilir. Bu səbəbdən ailə odun sobasından, qaz balonundan və elektrik avadanlıqlarından istifadə etməyə məcbur qalır. Ramil Məmmədov deyir ki, dəfələrlə məhkəməyə gedib, iclaslarda iştirak edib və qurumun nümayəndələrindən cəriməni əsaslandıran sübut tələb edib.

"Bir gün xəbər tutdum ki, qaz idarəsi məni 26 min manatlıq cəriməyə görə məhkəməyə çağırır. Əvvəl inanmadım, düşündüm ki, yəqin səhv salıblar, kiminsə borcunu mənim adıma yazıblar. Sonra gördüm ki, həqiqətən də, söhbət bizim evdən gedir.

Məhkəmədə dedim ki, əgər bu cərimə yazılıbsa, qoy bir fakt göstərsinlər. Mən bu qədər qazı necə istifadə etmişəm? Hakim də qarşı tərəfdən sübut istədi. Dedilər ki, növbəti iclasda təqdim edəcəklər. Amma bir neçə iclasa ümumiyyətlə gəlmədilər. Gələndə də əsaslı sübut ortaya qoymadılar. Sonradan məsələ apellyasiyaya getdi. Mən vəkil tutmadan özüm proseslərdə iştirak etdim. Nəticədə, məhkəmədə müsbət qərar verildiyini dedilər. Amma bu günə qədər sistemdə həmin 26 min manat borc görünür. Kommunal borclarımı ödəmək istəyirəm, amma sistemə daxil olanda bu məbləğ qarşıma çıxır. Mən bunu necə ödəyim?", deyə şikayətçi bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 İyul 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see332

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see304

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see302

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see298

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see272

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see268

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see258

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see249

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see247

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see243

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see241

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see225

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see224

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see224

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see222

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see220

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see216

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see210

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see209

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri