Azəriqaz dan teleaparıcının iddialarına CAVAB
Icma.az bildirir, Azxeber.com portalına istinadən.
Xəbər verdiyimiz kimi, teleaparıcı Zamirə Dadaşova sosial şəbəkə hesabında "Azəriqaz"dan şikayətlənərək evinə gələn qəbzləri paylaşmışdı.
Teleaparıcı qaz sayğacının sıfırlanması lazım olduğu halda onun limiti keçməsi ilə bağlı gələn bildirişdən hiddətlənərək "Azəriqaz" rəhbərini sərt tənqid etimişdi: Niyə bu xalqı sevdikləri, canlarını belə verməyə hazır olduqları dövlətdən iyrəndirirsiniz? Əgər siz mənim 100-200 manatıma qalmısınızsa, gəlin istəyin verim. Mənim kimi 100-lərlə insan var bu özbaşnalıqla üz-üzədir. Deyendə də bizi borclu çıxarırlar”.
Mövzu ilə bəğlı "Azəriqaz" İstehsalat Birliyindən AZXEBER.COM-a verilən açıqlamaya görə, platformada problem olduğu üçün cari istifadə sonrakı ayın sərfiyyatına əlavə olunmaqla hesablanıb:
"Abonentin müraciəti araşdırılıb. Araşdırma zamanı məlum olub ki, sayğac göstəriciləri götürülüb, lakin proqram tərəfində problem olduğundan cari istifadə sonrakı ayın sərfiyyatına əlavə olunmaqla hesablanıb. Bu səbəbdən düzəliş olunması üçün müvafiq komissiyaya müraciət edilib. Abonentə də eyni qaydada izah verilib. Düzəliş olunduqdan sonra yeni bildiriş istehlakçıya təqdim olunacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 07 Mart 2025 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















