Azəriqaz İB nin baş direktoru Şabranda vətəndaş qəbulu keçirdi
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Şabran rayonunda baş tutub.
Redaktor.az xəbər verir ki, birlik rəhbəri Şabran, Xaçmaz və Quba rayonlarından qəbula üz tutan 26 nəfər vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib.
Sakinlər əsasən fərdi qazlaşma, işə qəbul, kəndlərə küçə qaz xətlərinin çəkilməsi və istehlak olunan təbii qaza görə yaranan debitor borcun araşdırılması ilə bağlı müraciətlər ünvanlayıblar. Baş direktor hər bir müraciətin həlli yolu barədə vətəndaşlara ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Xaçmaz Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 03 İyul 2025 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















