“Azərişıq” əməkdar artisti hədələyir: “İşığınızı kəsəcəyik”
Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Söhbət 20 manatdan getmir, söhbət “vnimatelnı” olmaqdan gedir. 21 noyabr tarixində Birbank üzərindən “Azərişıq”a 20 azn borcumu ödəmişəm. 4 gün sonra “Azərişıq” mənə hədələyici xəbərdarlıq göndərib ki, borcunuzu ödəməsəniz işığınızı kəsəcəyik.
Tribuna xəbər verir ki, bu sözləri Əməkdar artist, rejissor Nicat Kazımov yazıb. O bildirib ki, məsələni araşdırmaq üçün saatlarla vaxtı gedib:
“Məsələni araşdırmaq üçün 29 manatlıq kontur xərclədim. Telefona necə cavab verdikləri kimsəyə sir deyil. Nə isə, bu gün mənə zəng ediblər ki, siz “Kapital bank”a müraciət edin. 2 saatımı da bankda itirdim. Dedilər, əməliyyat uğurlu olub. Ay “Azərişıq”, əgər sizin sistemdə problem varsa və ya işçiləriniz işləyə bilmirsə mənim təqsirim nədir?”.
Aktyorun paylaşımına şərh yazanlar bildirib ki, “Azərişıq” tez-tez bu problemlə əksər abonentləri incidir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul
Baxış sayı:66
Bu xəbər 01 Dekabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















