Icma.az
close
up
RU
Azərişıq ilk dəfə bu proqramını Qəbələdə təşkil etdi Foto

Azərişıq ilk dəfə bu proqramını Qəbələdə təşkil etdi Foto

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərişıq ASC-nin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə məktəblilər arasında “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramına Qəbələdə start verilib. Qəbələ rayonu Zarağan kənd İlqar Cəbrayılov adına 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.

Bu barədə Axar.az-a Azərişıq ASCdən məlumat verilib.

Daha sonra Azərişıq ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Seymur Mirzəyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan elektroenergetikasının qurulması və inkişafında xidmətləri, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə enerji sektorunun inkişafı sahəsində aparılan islahatlar barədə danışıb. Həmçinin mərkəzin direktoru milli kadrların hazırlanması, onların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Azərbaycan energetiklərinin yerli və beynəlxalq yarışlarda iştirak etdiyini vurğulayıb. Bildirib ki, Azərişıq ASC-nin ötən il təşkil etdiyi “Yeni nəsil energetiklərin innovasiya və ustalıq müsabiqəsi” də energetiklərimizin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyıb.

“Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramı barədə məlumat verən Seymur Mirzəyev komandalara uğurlar arzulayıb.

Çıxışdan sonra Azərişıq ASC-nin 11 illik faəliyyətini əks etdirən və elektrik enerjisi mənbələri haqqında video çarxlar təqdim olunub.

Rəsmi hissədən sonra müsabiqə mərhələsinə start verilib. 5-9-cu sinif şagirdləri arasında təşkil olunan proqrama Qəbələ rayonu üzrə 2 şəhər və 1 kənd tam orta məktəbi olmaqla 3 ümumtəhsil müəssisəsinin hər birindən 2 komanda qatılıb. “Amper”, “Tesla”, “İşıqlı Sabah”, “Elektron Beyinlər”, “Alov şöləsi” və “Sonsuz enerji” komandaları birinci mərhələdə “Elektrik enerjisi təhlükələrindən necə qorunmalıyıq?” mövzusunda layihə hazırlayaraq “Ən kreativ layihə” nominasiyası uğrunda mübarizə aparıblar.

İkinci mərhələdə yarış iştirakçıları 1 mövzu seçərək “Gələcəyin enerji şəhəri” posterlərini hazırlayıb. Bu mərhələdə onlar “Ən innovativ ideya” nominasiyasının qalibi olmaq üçün bilik və bacarıqlarını sınayıblar.

Sonuncu mərhələdə “Biz enerji şirkətiyik” rol simulyasiyası üzrə komanda üzvləri arasında abonent, Çağrı mərkəzi, dispetçer xidməti və qəza-təmir briqadası rol bölgüsü aparılıb. “Şəhərin bir hissəsində elektrik kəsintisini aradan qaldırmaq” ssenariyası üzrə tapşırıqlar ardıcıl və düzgün icra edilib. Bu mərəhələdə komandalar “Ən peşəkar komanda” nominasiyası üzrə yarışıb.

Müsabiqənin sonunda qaliblər təşəkkürnamə, müxtəlif nominasiyalar üzrə diplom və hədiyyələrlə mükafatlandırılıb. Həmçinin komandaların təmsil etdiyi məktəblərin müəllimlərinə kuboklar təqdim olunub.

Tədbirin yarış hissəsi yekunlaşdıqdan sonra məktəblilərlə 110/35/10 kV-luq “Hacıalılı” elektrik yarımstansiyası və Regional Təlim Mərkəzinə tanışlıq turu təşkil olunub. İştirakçılara müasir yarımstansiya və mərkəzin fəaliyyəti ilə bağlı məlumatlar verilib, eləcə də onlar təlim-məşq poliqonunda yaradılan sərgi ilə tanış olublar. Burada nümayiş etdirilən enerji qurğu və avadanlıqlarının xüsusiyyətləri şagirdlərə izah olunub.

Qeyd edək ki, Azərişıq ASC-nin ilk dəfə Qəbələdə təşkil etdiyi “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramı digər regionlarda da davam etdiriləcək. Tədbirin keçirilməsində məqsəd məktəblilərdə enerji savadlılığını artırmaq, energetika sahəsinə erkən yaşlardan maraq yaratmaq, komanda işi və analitik düşüncəni inkişaf etdirməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 May 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see331

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see318

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see298

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see292

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see283

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see261

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see259

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see258

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see247

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see241

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see238

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see238

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see232

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see231

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see225

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see221

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see218

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see213

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see208

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri