“Azərişıq” rəsmisi: “Xocalı və Xankəndində infrastruktur layihələri həyata keçirilir”
Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Xocalı və Xankəndində infrastruktur layihələri həyata keçirilir”
Yenicag.az xəbər verir ki, bunu “Azərişıq” ASC-nin sədrinin texniki məsələlər üzrə müşaviri Vüsal Qənbərov deyib.
Onun sözlərinə görə, Xocalı şəhərində bir sıra mühüm infrastruktur layihələri üzrə işlər bitmək üzrədir:
“Şəhər mərkəzində yeni bir yarimstansiyanın tikintisi tamamlanmaq üzrədir və yaxın günlərdə bu obyektin fəaliyyətə başlaması planlaşdırılır. Yarımstansiyanın əsas planı hazırdır, ona uyğun sxemlər üzərində işlər gedir.
Bundan əlavə, Xankəndində 35 KV yeni elektrik şəbəkəsi layihəsi üzərində də işlər aparılır. Bu layihələrin həyata keçirilməsi ilə regionda enerji təchizatının yaxşılaşdırılması hədəflənir. Xankəndində həmçinin yeraltı qaynaqlardan istifadə ediləcək, bu da enerjinin effektiv idarə olunmasına imkan yaradacaq. Bu layihələr, bölgənin infrastrukturunun inkişafı və sakinlərin yaşam şəraitinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.
Məsimə Məmmədova
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 07 Fevral 2025 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















