Azərişıq Sumqayıtda yeni yarımstansiyalar tikir FOTO
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sumqayıtda enerji infrastrukturunun yenilənməsi və gücləndirilməsi istiqamətində genişmiqyaslı işlərə başlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, şəhər rəhbərliyinin tapşırığına uyğun olaraq Azərişıq ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən həyata keçirilən layihələr çərçivəsində şəhərin müxtəlif ərazilərində elektrik enerjisinin dayanıqlığının artırılması məqsədilə yeni yarımstansiyaların və transformator, eləcə də paylayıcı məntəqələrin tikintisi aparılır.
Hazırda Sumqayıt şəhərinin 2-ci, 9-cu, 10-cu, 11-ci və 13-cü mikrorayonları, həmçinin 48-ci məhəllə ərazilərində ümumilikdə 13 yeni transformator və paylayıcı məntəqənin inşası davam etdirilir. Sumqayıtda enerji infrastrukturunun yenilənməsinə başlanılıb
Layihə çərçivəsində əlavə olaraq daha 7 məntəqənin tikintisi də planlaşdırılır ki, bu da ümumi enerji şəbəkəsinin əhatə dairəsini daha da genişləndirəcək.
Yeni qurğuların quraşdırılması mövcud şəbəkədə yüklənmənin azaldılmasına, elektrik enerjisinin daha stabil və itkisiz ötürülməsinə şərait yaradacaq. Eyni zamanda, bu addımlar qəza hallarının sayının minimuma endirilməsinə və nasazlıqların daha operativ aradan qaldırılmasına imkan verəcək.
Bildirilib ki, həyata keçirilən yenidənqurma və tikinti işləri nəticəsində xüsusilə yay və qış aylarında müşahidə olunan yüksək yüklənmə dövrlərində enerji təchizatında fasilələrin qarşısı alınacaq, abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təminatı daha etibarlı şəkildə həyata keçiriləcək.
Qeyd edək ki, görülən işlər şəhərin sürətli inkişafı, yeni yaşayış massivlərinin salınması və əhali sayının artması fonunda enerji tələbatının qarşılanmasına yönəlib. Layihələrin mərhələli şəkildə icrası yaxın vaxtlarda Sumqayıtın bütün ərazilərində enerji təminatının daha dayanıqlı və təhlükəsiz olmasına töhfə verəcək
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 20 Aprel 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















