Azəristiliktəchizat vermədiyi istiliyin pulun istəyir
Icma.az, Adelet.az portalına istinadən məlumat verir.
Hər bir xidmət sahəsinin pulunu ödəmək hamının borcudur.Heç şübhəsiz ki, işığın, qazın, suyun , istiliyin də pulun vermək vacibdir! Amma gərək həmin xidməti göstərəsən.Yəni suyu, işığı , qazı , istiliyi əhaliyə verəsən.
Biz həmişə adını çəkdiyimiz bu xidmətlərə görə, pulu ödəmişik və heç birinə borcumuz yoxdur! Ancaq " Azəristiliktəchizat" vermədiyi istiliyə görə , bizə bildiriş göndərib.Belə ki, Yeni Günəşli yaşayış sahəsi, massiv " D", bina 13, mənzil 26- ya bu il 55 manat borc gəlib. Hansı ki, bizim evdə 4 radiatordan cəmisi biri yanır, o da çox zəif, amma onlar 4 radiatorun pulun göndəriblər.
Bu barədə "Azəristiliktəchizat" ın sahə rəisi Məhəmməd müəllimə və məlum qurumun iqtisadçısı Orxan müəllimə lazımi məlumatı da vermişik. Məhəmməd müəllim gəlib mənzilimizdə baxış da keçirib.Görüb ki, dediklərimiz öz təsdiqini tapıb. Ancaq Orxan müəllim hələ də bir qərara gəlməyib. Yəni mənzilimizə verilməyən istiliyə görə , borcumuz silinməyib!
Onlar ya bizim mənzilimizin hamısına istilik verməlidir, ya da borcumuzu silinməlidir. Sahə rəisi Məhəmməd müəllim deyir ki, zirzəmidəki vintillər və digər avadanlıqlar dəyişdirilməlidir. Bu da 50 manat eləyir. Bəlkə bundan sonra sizin blokdakı mənzillərə istilik gələ. Heç belə getsə, bu qış bizim mənzillərə istilik çox çətin ki, verilə! Amma işlətmədiyimiz istiliyə görə, bizə borc gəlir!!!
Emil FAİQOĞLU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 26 Yanvar 2026 19:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















