“Azərkosmos” hansı ölkələrə peyk xidmətləri göstərib? Siyahı
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 41 ölkəsinə 16,4 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
Yeniavaz.com xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib. 2025-ci ilin noyabr ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,5 milyon dollar dəyərində xidmət ixrac edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 4,2 milyon dollar ilə Birləşmiş Krallıq, 3,2 milyon dollar ilə Lüksemburq, 1,1 milyon dollar ilə İsveç, 772 min dollar ilə Türkiyə, 759,8 min dollar ilə Nigeriya qərarlaşıb.
Müqayisə üçün bildirək ki, ötən ilin yanvar-noyabr aylarında “Azərkosmos” tərəfindən dünyanın 50 ölkəsinə 16,9 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac olunub. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 73%-ni təşkil edib.
Bu mövzuda digər xəbərlər:Azərkosmos: İnkişaf etməkdə olan ölkələrə xidmət ixrac edirik
21 Oktyabr 2025 12:24
Azərbaycan vətəndaşları xarici ölkələrə hansı məqsədlə gediblər? Siyahı
01 May 2025 13:15
Azərbaycan qeyri neft məhsullarını hansı ölkələrə satır? Siyahı
23 Avqust 2025 21:08
Neftimizi hansı ölkələrə və neçəyə satmışıq? Tam siyahı
17 İyul 2025 13:18
Azərbaycanlı gənclər ən çox hansı ölkələrə köçürlər? Siyahı
30 Avqust 2025 20:27
Baxış sayı:32
Bu xəbər 30 Dekabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















