Azərkosmos ixracı azaldıb
Anews saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2024-cü ilin ilk 10 ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 50 ölkəyə 15,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 4,3% azdır. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac İcmalı”nın noyabr buraxılışında bildirilib.
Bu ilin 10 ayı ərzində "Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 74 %-ni təşkil edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 4.9 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,2 milyon ABŞ dolları ilə Lüksemburq, 781.4 min ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirlikləri, 560 min ABŞ dolları ilə Pakistan, 547.2 min ABŞ dolları ilə Türkiyə qərarlaşıb.
Təkcə oktyabrda "Azərkosmos” 40 ölkəyə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
N.Təbrizli
www.anews.az
Baxış sayı:87
Bu xəbər 29 Noyabr 2024 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















