Azərkosmos rəsmisi: Kosmik sahədə intellektual məhsulların ixracına da başlamışıq
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"Azərbaycan istədiyi zaman orbitə 46 dərəcə Şərq uzunluğunda peyk qaldıra bilər".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov "Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili" adlı tədbirdə bildirib.
O vurğulayıb ki, Azərbaycanın kosmosda özünəməxsus orbital mövqeyi var: "Bu o deməkdir ki, Azərbaycan artıq 48 ölkədən biri olaraq özünəməxsus kosmik resurs əldə edib".
"Xidmətlərimizdən 50 dən çox ölkədə 200-dən artıq şirkət yararlanır. Bu il biz Afrika bazarında mövcudluğumuzun 10 ilini qeyd edirik.
Peyk xidmətləri ilə yanaşı, kosmik sahədə intellektual məhsulların ixracına da başlamışıq", - deyə D. Bədirxanov qeyd edib.
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 21 Oktyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















