Icma.az
close
up
RU
“Azərpambıq Aqrar Sənaye Kompleksi” ötən il 8 milyon manatdan çox zərər edib

“Azərpambıq Aqrar Sənaye Kompleksi” ötən il 8 milyon manatdan çox zərər edib

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 2023-cü ili 8,392 milyon manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2022-ci ildən 26,739 milyon manat xalis mənfəətlə çıxmışdı. SİA xəbər verir ki, 2023-cü ildə “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin satışdan gəlirləri 64,144 milyon manat (2022-ci ilə nisbətən 46,7 % az), satışının maya dəyəri 65 milyon manat (20,1 % az), ümumi və inzibati xərcləri 8,9 milyon manat (12,7 % çox), digər gəlirləri 502 min manat (3 dəfə az), mal-material ehtiyatları üzrə dəyərsizləşmə zərəri 261 min manat (6,5 dəfə az), gözlənilən kredit zərəri 1,012 milyon manat (26,3 % az), maliyyə xərcləri 930 min manat (10,9 % az), mənfəət vergisi ödəmələri üzrə qənaəti 3,066 milyon manat (əvvəlki il vergi ödəyib) təşkil edib.

2024-cü il yanvarın 1-nə “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin aktivləri 242,65 milyon manat olub ki, bu da illik müqayisədə 6,4 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 52,1 % artaraq 69,708 milyon manata, balans kapitalı isə 5,1 % azalaraq 172,942 milyon manata çatıb.

Xatırladaq ki, “Azərpambıq Aqrar Sənaye Kompleksi” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 132,476 milyon manatdır. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Onun tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 6 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir.

Prezident İlham Əliyevin 27 dekabr 2024-cü il tarixli sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC ləğv edilib, “Azərpambıq Aqrar Sənaye Kompleksi” isə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Mart 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2012

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see232

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see195

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see144

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see137

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see129

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see128

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see126

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see125

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see125

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see124

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see123

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see123

“Çox yaxşısan, Bakı”

08 Dekabr 2025 09:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri