Icma.az
close
up
RU
“Azərpaşa Nemətov 7 il məni səhnəyə qoymadı...” Mehriban Zəki

“Azərpaşa Nemətov 7 il məni səhnəyə qoymadı...” Mehriban Zəki

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Mehriban Zəki illərlə səhnədən uzaq qalmasının səbəbini açıqlayıb.

Redaktor.az xəbər verir ki, aktrisa bu barədə ARB TV-də yayımlanan “Pərvizə görə” verilişində danışıb.

O bildirib ki, 7 il səhnədən uzaq qalması mərhum Azərpaşa Nemətovun ona cəzası imiş: “Bundan əvvəlki dövrdə 7 il müddətində “AzDrama”da səhnəyə çıxmadım. Var olan hər bir şeyi qanuni olaraq qəbul etmişəm. Heç vaxt bunu neqativ, pislik kimi qəbul etməmişəm. Pislik olan o idi ki, ömrümdən 7 il getdi. Yəqin ki, belə lazım idi. Sadəcə Azər müəllim onda Rus Dram Teatrında tamaşa oynadığım üçün məni cəzalandırdı. 7 il… Məni qəbul etmirdi, mənimlə tamaşa qurmaq istəmirdi. Hətta söhbətlərimizin birində dedi ki, çıx, get Rus Dram Teatrının aktrisası ol! Dedim ki, getməyəcəyəm. Həyat öz axarı ilə gedir, zaman dəyişdi. Allah Azər müəllimə rəhmət etsin”.

Aktrisa bildirib ki, 7 il səhnəsiz qaldığı müddətin həsrətini çıxarır: “Mehriban Ələkbərzadə gələndə ilk tamaşa üçün əmri “Sənsiz” oldu. Rejissorluğunu Nihad Qulamzadə öhdəsinə götürdü. Nihadın da, Mehriban xanımın da Sevinc obrazı üçün ilk gördükləri mən oldum. Mən də bunu böyük sevinc və sevgi ilə qəbul etdim. Hər dəfə səhnəyə çıxanda 7 il səhnəsiz qaldığım müddətin həsrətini çıxarıram. O həsrət ki, yaşamışdım, 7 il tamaşasız, səhnəsiz qalmışdım... Səhnəyə qovuşmağım mənim üçün bayramdır. Ona görə səhnəyə çıxanda böyük sevgi ilə çıxıram. Tamaşaçının da böyük sevgi ilə qarşılaması, anşlaq olması mənim üçün böyük sevincdir” (Qafqazinfo). 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Mart 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri