Icma.az
close
up
RU
“Azərpoçt” elektrik və hibrid nəqliyyat vasitələrindən istifadə edəcək

“Azərpoçt” elektrik və hibrid nəqliyyat vasitələrindən istifadə edəcək

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

İqlim dəyişikliyi və poçt əməliyyatları bir-biri ilə sıx bağlıdır. İqlim dəyişikliyinin təsirləri daha da şiddətləndikcə, poçt xidmətlərinin uyğunlaşması və daha davamlı olması vacibdir. İqlimə davamlı infrastruktura sərmayə qoymaqla, biz dəyişən dünyada poçt xidmətlərinin davamlı fəaliyyətini təmin edə bilərik.

AZƏRTAC xəbər verir ki, bunu “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev COP29 çərçivəsində “Qlobal yük emissiyalarına təsir göstərmək üçün poçt şəbəkələrindən istifadə” adlı tədbirdə deyib.

Azərbaycanın milli poçt operatoru olan “Azərpoçt” ətraf mühitə təsirini minimuma endirmək üçün davamlı inkişaf və iqlimə nəzarət təşəbbüslərini fəal şəkildə həyata keçirir. Bir sıra ekoloji cəhətdən təmiz strategiyalar həyata keçirən şirkət, eyni zamanda, öz fəaliyyəti üçün daha dayanıqlı gələcək yaratmağa çalışır”, - deyə İ.Mustafayev qeyd edib.

Onun sözlərinə görə, şirkət yanacaq sərfiyyatını və karbon qazı emissiyalarını minimuma endirmək üçün çatdırılma marşrutlarını optimallaşdırır. “Azərpoçt”, həmçinin elektrik və ya hibrid avtomobillərdən istifadə etməyi planlaşdırır ki, bu da ənənəvi benzinlə işləyən avtomobillərdən asılılığı əhəmiyyətli dərəcədə azaldacaq. Kağız istehlakını azaltmaq və rəqəmsallaşmanı təşviq etmək məqsədilə “Azərpoçt” onlayn xidmətləri və rəqəmsal əməliyyatları fəal şəkildə təşviq edir.

“Azərpoçt”, həmçinin digər poçt operatorları və logistika şirkətləri ilə ən yaxşı təcrübə mübadiləsi və iqlim dəyişikliyi ilə bağlı problemlərin birgə həlli üzrə fəal əməkdaşlıq edir. Beynəlxalq təşəbbüslərdə və forumlarda iştirak edən şirkət, habelə ən son davamlı inkişaf təcrübələri və texnologiyalarının tətbiqini həyata keçirir.

İ.Mustafayev çıxışının sonunda qeyd edib ki, Azərbaycanda poçt sənayesi üçün daha yaşıl və dayanıqlı gələcək qurmaq məqsədilə enerji səmərəliliyi, dayanıqlı logistika, kağızdan istifadənin azaldılması, işçilərin məlumatlandırılması və beynəlxalq əməkdaşlıq “Azərpoçt” MMC-nin əsas inkişaf istiqamətləridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Noyabr 2024 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri