Icma.az
close
up
RU
“Azərpoçt”un əməkdaşına beynəlxalq təşkilatda vəzifə verildi

“Azərpoçt”un əməkdaşına beynəlxalq təşkilatda vəzifə verildi

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-nin əməkdaşı “PostEurope” təşkilatının Markalar və Filateliya İşçi Qrupunun sədr müavini təyin edilib.

Gununsesi.info  xəbər verir ki, Avropa poçt markalarının idarə edilməsi, onların inkişafının təmin edilməsi, eləcə də markaların Avropa ənənəsinin qorunması məqsədilə 1993-cü ildə yaradılmış “PostEurope” 1996-cı ildən etibarən Ümumdünya Poçt İttifaqının rəsmi olaraq tanınan regional poçt orqanı kimi fəaliyyət göstərir. Bu orqanın digər məqsədi isə milli poçt operatorlarının poçt sektoru siyasətlərinə cavabdeh olan hökumətlərə və ya milli tənzimləyici orqanlara qarşı maraqlarını qorumaqdır.

2021-ci ildən yenilənmə və transformasiya mərhələsinə qədəm qoyan milli poçt operatoru “Azərpoçt” elə həmin ildən etibarən “PostEurope”un üzvü olub. Ötən 5 ildə “Azərpoçt”un bu qurumla sıx əməkdaşlıq ruhunda işləməsi, qurumun siyasətinə və fəaliyyətinə dəstək verməsi nəticəsində Azərbaycanın burada təmsil olunmasına qurum tərəfindən təşəbbüs göstərilib. Belə ki, “PostEurope” Direktorlar Şurasının 11 iyun 2025-ci il tarixli 139-cu iclasında “Azərpoçt”un Marka şöbəsinin müdiri Sitarə Hüseynovanın Markalar və Filateliya İşçi Qrupunun sədr müavini təyin edilməsinə qərar verilib. Qeyd edək ki, Sitarə Hüseynova bu qurumda təmsil olunan ilk azərbaycanlıdır.

Məhz Sitarə Hüseynovanın rəhbərliyi altında bu günə qədər Azərbaycan markalarının beynəlxalq rəsmi nömrələmə sistemində (WADP Numbering System) qeydiyyatı aparılıb, beynəlxalq rəsmi satış platforması olan “WOPA+”da yerli markaların satışı təmin olunub. Bundan əlavə, artıq 5 ildir ki, “Azərpoçt” tərəfindən buraxılan markalar “PostEurope” tərəfindən hər il keçirilən Avropa Poçt Müsabiqəsində təmsil olunur. Sonuncu müsabiqə zamanı “Mavi balina” adlı Azərbaycan markası münsiflər və izləyicilər tərəfindən 3-cü yerə layiq görülüb.

Gununsesi.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 İyul 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri