Azerreyl in baş məşqçisi: Mövsümün qalan hissəsində uğurlu nəticələr əldə etməyə çalışacağıq
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mövsümün qalan hissəsində mümkün qədər uğurlu nəticələr əldə etməyə çalışacağıq.
Bunu "Report"a açıqlamasında qadın voleybolçulardan ibarət "Azerreyl" komandasının baş məşçqi Paolo Tofoli deyib.
Ötən ilin sentyabrında bu posta təyin olunan italiyalı mütəxəssis Azərbaycan təmsilçisində işlədiyi üçün xoşbəxt olduğunu bildirib:
"Azərreyl" klubu çox yaxşı təşkil olunub. Mən burada böyük mədəniyyət gördüm. Çempionatın səviyyəsindən razıyam. Amma məncə, daha çox böyümək mümkündür".
O, komandanın hazırda 6 turdan sonra Yüksək Liqada 8 xalla IV pillədə qərarlaşması barədə danışıb:
"Heyətdə bir sıra dəyişikliklər olub. Bu səbəbdən bu mövqedəyik. İndi heyətimiz tamdır. Çempionat davam edir və biz xallar toplamalıyıq. "Abşeron"a çatıb-çatmayacağımızı bilmirəm. Amma mümkün qədər yüksək nəticə əldə etməyə çalışacağıq. Çempion apreldə müəyyənləşəcək. Bizim əsas məqsədimiz qələbələr qazanmaqdır. Kollektiv olaraq həmişə qalib gəlməyə çalışacağıq. Hər top uğrunda mübarizə aparacağıq".
Qeyd edək ki, "Azərreyl" VII turda “Murov Az Terminal”la üz-üzə gələcək. Yanvarın 21-də baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 20 Yanvar 2025 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















