Azərsun Holdinq ə məxsus müəssisə ilə bağlı araşdırma başladı FOTO
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) əməkdaşları tərəfindən suların istifadəsi və mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə növbəti nəzarət tədbiri keçirilib.
SİMDNX-dən Redaktor.az-a verilən məlumata görə, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ünvanında fəaliyyət göstərən “Bakı Qida və Yağ Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsalat zamanı formalaşan tullantı sularının xüsusi çəkilmiş boru xətti vasitəsilə Sumqayıtçay çayına axıdılması faktına rast gəlinib.
Bildirilib ki, müəssisə tərəfindən tullantı sularının təmizlənmə prosesindən keçərək axıdıldığı bildirilsə də, ərazidə müşahidə olunan kəskin iy-qoxu və tullantı suyunun vizual görünüşü suların heç bir təmizlənmə prosesindən keçməməsinə əsaslı şübhələr yaradır.
"Axıdılan tullantı sularının bioloji və kimyəvi tərkibinin müəyyən olunması məqsədilə Agentliyin Mərkəzi Laboratoriyası tərəfindən su nümunələri götürülmüş və faktla bağlı tərəfimizdən inzibati araşdırma başlanılıb.
İnzibati araşdırmanın yekununda iş üzrə materiallar məsələyə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək.
Qeyd edək ki, “Bakı Qida və Yağ Fabriki” MMC "Azərsun Holdinq" MMC-nin tərkibində fəaliyyət göstərən, qida məhsullarının istehsalı işə məşğul olan müəssisədir.
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti müəssisə və təşkilatları fəaliyyətləri nəticəsində formalaşan tullantı sularını mövcud qanunvericiliyin tələblərinə uyğun idarə etməyə çağırır və vətəndaşlardan su obyektlərinin çirkləndirilməsinə dair hallarla rastlaşdıqda qurumun sosial media hesabları vasitələri ilə məlumat vermələrini xahiş edir", - qurumdan bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 23 İyul 2025 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















