Azərsun Holdinq” media nümayəndələri ilə görüş keçirib
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Daim mediaya yönəlik layihələri ilə seçilən "Azərsun Holdinq” bu dəfə jurnalistləri iftar süfrəsində bir araya gətirib.
Holdinqin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədov qonaqları qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edərək ,şirkətin Milli Mətbuatın 150 illiyi münasibətilə silsilə layihələrə davam edəcəyini bildirib.
Günümüzdə ictimai rəyin formalaşmasında medianın rolunun danılmaz olduğunu qeyd edən şöbə müdiri özəl sektorda da media ilə əlaqələrin tənzimlənməsinin önəmli və vacib olduğunu bildirib.
Xatırladaq ki, bir müddət öncə şirkət “Milli Mətbuat – 150 il” təqvim dəsti çərçivəsində millimetbuat150.azersun.com saytını ictimaiyyətə təqdim edib.
Baxış sayı:87
Bu xəbər 18 Mart 2025 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















