“Azərsun Holdinq” müəssisələri Türkiyədə mükafat qazanıblar
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Azərsun Holdinq” istehsal müəssisələrində tətbiq etdiyi yeniliklər və peşəkar komandası ilə Türkiyədə keçirilən 27-ci ənənəvi KalDer–"Türkiyə Kalitə Dərnəyi” Kaizen müsabiqəsinə qatılaraq, yüksək nəticələr qazanıb.
Azərsun Kağız və Karton İstehsalat Korporasiyası (AKKİK), İmişli Şəkər Zavodu, Bakı Qida və Yağ Fabriki, Sun Food müəssisələri ilkin mərhələləri keçərək, finala vəsiqə qazanıblar.
Ankara şəhərində keçirilən final tədbirində, "Azərsun Holdinq” əməkdaşları, 1500 nəfərlik izləyici qarşısında layihələrini təqdim ediblər.
Təqdimatlar nəticəsində AKKİK və İmişli Şəkər Zavodu Kaizen Mükafatına layiq görülərək, kubok qazanıblar.
Bu mükafatlar, şirkətin istehsal sahəsindəki yüksək standartlarını dünya səviyyəsində nümayiş etdirmək baxımından böyük əhəmiyyət daşıyır.
Səfərdən mükafatla qayıdan əməkdaşlar "Azərsun Holdinq”in rəhbərliyi ilə görüşərək, layihələrini təqdim ediblər.
Qeyd edək ki, "Azərsun Holdinq”in Kaizen fəaliyyətləri ilə əldə etdiyi bu mükafatlar yalnız Azərbaycanda deyil, beynəlxalq arenada da yüksək qiymətləndirilir.
Baxış sayı:118
Bu xəbər 23 Dekabr 2024 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















