Icma.az
close
up
RU
AZƏRTACın kollektivi Ulu Öndərin xatirəsini ehtiramla anıb VİDEO AZƏRTAC

AZƏRTACın kollektivi Ulu Öndərin xatirəsini ehtiramla anıb VİDEO AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 12 dekabr, AZƏRTAC

Dekabrın 12-si Ulu Öndər Heydər Əliyevin anım günüdür. Bu gün Ümummilli Liderin vəfatından 21 il ötür. Hər il olduğu kimi, xalqımız bu il də öz dahi oğlunun xatirəsini dərin ehtiramla yad edir, Azərbaycanın hər yerində və xarici ölkələrdə izdihamlı anım tədbirləri keçirilir.

AZƏRTAC-ın inzibati binasında da anım tədbiri keçirilib. Əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülüb. Sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev anım mərasimində çıxış edib, Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışaraq deyib: “Tariximizdə əbədi olaraq qalacaq Ulu Öndər ölkəmiz vətəndaş müharibəsi, dövlətçiliyimizin yoxolma təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə xalqın tələbi ilə yenidən hakimiyyətə gəldi. Məhz onun qayıdışı ilə Azərbaycan tarixində yeni bir dövr başladı”.

İdarə Heyətinin sədri qeyd edib ki, Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ölkəmizdə sabitlik yarandı, dövlətimiz inkişaf etməyə başladı. Sabitlik və inkişaf Ulu Öndərin misilsiz xidmətləri, cəsarəti, əzmi, yorulmaz fəaliyyəti nəticəsində təmin olundu. “Bunun üçün çox böyük səylər göstərildi. Ulu Öndər bu gün bizim rahat və təhlükəsiz şəraitdə, güclü, gündən-günə inkişaf edən ölkədə yaşamağımız üçün əlindən gələni əsirgəmədi. Bu gün Azərbaycan nəinki regionda, hətta dünyada seçilən, öz sözünü deyən qüdrətli dövlətdir”, - deyə V.Əliyev diqqətə çatdırıb. Bildirib ki, biz bütün bunlara görə Ulu Öndərin uzaqgörən siyasətinə borcluyuq. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla həyata keçirən Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.

Anım tədbirindən sonra AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edib, önünə tər güllər düzüb.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə tər güllər qoyulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Dekabr 2024 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri