Azəryol un baş məşqçisi: Avropa Kubokundakı zəif çıxışımız məni çox təəccübləndirdi
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qadınlardan ibarət "Azəryol" həndbol komandasının Avropa Kubokunun 1/32 final mərhələsinin oyunlarında zəif çıxışı baş məşqçi Aleksandr Revvanı təəccübləndirib. Sport24.az xəbər verir ki, mütəxəssis bu barədə "Report"a açıqlama verib.
O, Avstriyanın "Yunion Kornoyburq" kollektivinə uduzduqları iki görüş barədə fikirlərini bölüşüb:
"Bir məşqçi kimi ilk oyunda, xüsusən də müdafiədə zəif çıxışımız məni çox təəccübləndirdi. Düşünürəm ki, rəqib münasib idi. Onlara qalib gəlməli idik. Komanda olaraq bu oyunlara hazırlaşdıq, rəqibin matçlarının videoyazısını izlədik. Onların güclü və zəif tərəflərini təhlil etdik".
Baş məşqçi məğlubiyyətin əsas səbəbini də açıqlayıb:
"Hesab edirəm ki, məğlubiyyətin əsas səbəbi ikinci hissədə komandanın çox zəif müdafiə olunması idi. Çox güman, oyunun gec, yəni Bakı vaxtı ilə saat 21:00-da keçirilməsi komandanın çıxışına mənfi təsir etdi. Bəzi oyunçular ikinci yarıda çox zəif təsir bağışladılar. Onlar sanki yuxulu kimi meydanda qaçdıqlarını etiraf etdilər. İkinci görüşdən, xüsusən də həmin qarşılaşmanın ikinci hissəsindən razı qaldım. Lakin bu, mərhələ adlamaq üçün yetərli olmadı. Hazırda komandanın növbəti planlarına noyabrda Səudiyyə Ərəbistanında keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq daxildir".
Qetd edək ki, "Azəryol" rəqibinə klubuna ilk matçda 26:40, ikinci görüşdə 29:33 hesabı ilə uduzub. Hər iki qarşılaşma səfərdə baş tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 07 Oktyabr 2025 20:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















