Icma.az
close
up
RU
“Azğınlaşmış qadınların əlindən şəhər biabırçı vəziyyətdədir”

“Azğınlaşmış qadınların əlindən şəhər biabırçı vəziyyətdədir”

Icma.az, Olay.az portalına istinadən məlumatı açıqlayır.

“Azğınlaşmış qadınların əlindən şəhər biabırçı vəziyyətdədir”

Tanınmış aktyor Türkay Cəfərli OLAY-a müsahibə verib.

O, teatr və kino aləmində baş verənlər, yeni layihələri, sənətçilər və cəmiyyətlə bağlı fikirlərini dilə gətirib.

- “Spinozanın tanrısı” filminin qalası oldu. Tamaşaçılara izləmək üçün səbəb deyin...

- Niyə izləsin deyə bilməyəcəm. Bir az kobud çıxacaq, amma deyim ki, bizim cəmiyyətdə filmi dərk edəcək “kafa” yoxdur. Psixoloji dramdır. İllərdir kino sahəmizdə bu mövzuda film olmamışdı. Bizim sahədə olan insanlar dəstək olmursa, kütlədən heç nə gözləyə bilmərəm. Sözüm sənət insanlarınadır. Beyinlərini dəyişmək, ideya anlayışını dərk etmək istəyirlərsə, izləmələri məsləhətdir. Bu, hamısına yox, çoxuna şamil olunur. Cavid Təvəkkülün öz dəsti-xətti var, hamı bilir ki, yaxşı rejissordur, dünyəvi ağıla malikdir, tək Azərbaycan üçün deyil. Çoxuna bu səpkili filmlər sərf etmir. Müasir dövrdə bütün dünya sevgidən əziyyət çəkir. Bu filmdə yarıxəyal, yarıgerçək sevgi nüanslar çoxdur. Köhnə kitabları geri qaytarmaq üçün filmin izlənilməsinə şərait var. Bir az xronometraj uzundur. İnanın ki, baxmağa dəyər. Mən 15 ildir sənətdəyəm, ən sevdiyim 5 işimdən biridir. Yeganə layihədir ki, 180-190 səhifəlik ssenarini bir nəfəsə, dayanmadan oxumuşam. Hər səhifədə bir macəra var. Elə ssenarilər olur ki, digər səhifədə nə olduğunu bilirsən. Burda isə elə deyil. Bəzi qurşaqdan aşağı zarafatlar, ölüm hadisələrinin olmadığı filmdir. Axı indi çoxdur. Gərək kimsə qatil ola, bir-birini öldürə, gəlin-qayınana mövzuları ola, bu onu orda zorlaya, o birini doğraya. Cəmiyyət baxıb bunları öyrənir. Mən tək deyə bilmərəm ki, bu filmə baxın. Ən azından 100-ündən ikisi baxsın, digərləri izləməsə də, desinlər ki, belə bir film var idi, Azərbaycan kinosundan keçdi.

 - Kinoteatrdan çıxarıldı. Bu məsələ siz aktyorlarda ruh düşkünlüyü yaratmadı?

- Açığı qətiyyən vecimizə deyil. Rəhbərlik filmin kassa verməyəcəyini, art, festival filmi olduğunu bilirdi. Bu film beyin məsələsidir. Cavid Təvəkkülün beynindəın qorxurlar. Onun işinə qarşı laqeyd yanaşmaq... Əslində, yaxşıdır. Bu məqamda kimin kim olduğu üzə çıxır. Mən həyatım boyunca rejissor tərifləməyi sevməmişəm. Rejissorun işi aktyoru çəkməkdir, yəni o, məndən asılıdır. Amma Cavid Təvəkkülü 2012-ci ildən tanıyıram, neçə işlərdə birgə çalışmışıq. Ona görə də onun beyninə, iş prinsipinə bələdəm. Bilirəm ki, nə istəyir. Qətiyyən vecimə olmadı, maraqlı olmadı. “Spinozanın Tanrısı” mənim filmoqrafiyamda yaxşı mənada iz qoydu. Nə yaxşı ki, o izdə mənim az da olsa, dəstti-xəttim olmadı. 

- “44” filminə də çəkildiniz. O layihənin də komandası güclüdür. İnsanlarda da maraq yaradır. Çəkilişləri necə keçdi?

- Hələ də çəkilişlər davam edir. Çox maraqlı işdir. İllərdir həsrət qaldığımız vətənpərvərlik mövzusunda layihələr yox idi. Qələbə əzmində filmlər yox idi. 

- “Həyat deyəsən davam edir” (Fəryad 2) filmi oldu. Amma orada yumoristik məqamlar çox idi. 

- O film ümumiyyətlə mənə çatmır. Son dövrlərdə hamımız müharibə və tarixi filmə acıq. Çünki bizim tariximiz genişdir və bütövlük uğrunda mübarizəmizdə qalib olduq. O ki qaldı iş prinsipinə... Çətindir. Amma çox gözəldir. Mən hərbi xidmətdə olduğum üçün oradakı elementlər mənə yad deyildi. Hər bir elementi, səhnəni sevə-sevə işləyirik. İnşallah, Allah bizi utandırmaz. Filmin gözəl kollektivi var. Həm də yaxşı döyüş səhnələri var. Saatlarla çəkilişdə qalıb, gecə qayıtmağın, əynində uzun müddət hərbi formada işləməyin əziyyətinin bəhrəsini görəcəyik. Mən 3 gün “44”də çəkilirdim, 5 gün “Spinozanın Tanrısı”nda olurdum. Gedib-gəlirdim. Bakı-Şuşa-Füzuli-Horadiz üzrə gedib-gəlirdim. Bizim həyatımız sərgərdan kimidir. Bu filmdən gözləntilərimiz çoxdur. Fikrimcə, istər kadr, istər ssenari, istərsə də ideya cəhətdən müharibə ilə Qarabağla bağlı Azərbaycanın yarasını sara biləcəyik. Mən özüm də beşəlli gözləyirəm.

- Filmə Özge Gürelin dəvət olunmassı müzakirə yaratdı. Dedilər ki, Azərbaycanda aktrisa qalmayıb, Türkiyədən dəvət olunur? Amma Özgenin obrazının türk olduğunu anlamadılar. Filmin aktyoru kimi sizin reaksiyanız necə oldu?

- Açığı Özge xanımla rastlaşdığım məqam yoxdur. Spoyler vermək istəmirəm, mən qrup nəzdində olan zabiti oynayıram. Belə lazım imişsə, türk obraz üçün türk aktrisa oynamalıydı. Burada okeydir. Hər halda orada neçə baş sındırırlar, deməli, belə məsləhət imiş. Əgər obraz azərbaycanlı olduğu halda türk aktrisa çağrılsaydı, mən də razı olmazdım. Çünki qat-qat güclü aktrisalarımız var. Burada obraz sırf türkdürsə, narahatlığa səbəb yoxdur. 

- Kino öz yerində, teatrda vəziyyət necədir?

- Acınacaqlıdır. Bilirsiniz ki, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoruyam.

- Sizdə də baş rejissor vəzifədən getdi. 

- Bəli, hələ ki bir xəbər yoxdur. Tam cavab yoxdur. Qaldı ki, teatrın fəaliyyətinə... Fəaliyyətdən çox dəyərdən danışmaq istəyirəm. Bilirsiniz ki, Şuşa Azərbaycan və türk dünyasının Mədəniyyət paytaxtıdır. Təəssüf ki, laqeyd yanaşmaya görə, Şuşa teatrı mədəniyyətin küncündə qalıb. İstər Mədəniyyət nazirliyi tərəfdən, istərsə də Teatr ittifaqı tərəfdən. Elə bil ki, qəribə düşmənçilik var. Düzdür, gərək teatr da özünə dəyər versin. Amma Şuşa mədəniyyətin beşiyidir cümləsini mübağiləli şəkildə işlədiriksə, diqqət, qayğı olmalıdır. Sistemlə gedirik. Oynadığımzı hər tamaşadan zövq almırıq. Mən həm də xidməti-müqabili əsasənda “OYUN” inklüziv tamaşasında da iştirak edirəm. İki-üç tamaşa oynayırıq. Oradan zövq alıram. Çünki tamaşalar adamı çağırır. Ümid edirəm ki, Şuşa teatrı da aidiyyəti orqanlar tərəfdən dəyər görər. Xüsusilə də Mədəniyyət nazirliyindən. Qəribə bir laqeydlik var. Elə bil ananın üç uşağı var, ikisini çox istəyir, birinə laqeyddir. Çölə çıxanda hamı onu tərifləyir. İnşallah gözəl tamaşalar çıxar. Zövq alaram. Çünki biz hamımız acıq. Ümid edirəm ki, Şuşa Teatrının fəaliyyəti dövründə tamaşalar, sistem cəhətdən yenilik gələr. Nə qədər ki, canımızda enerji var, yaxşı mənada xərcləmək lazımdır. Aktyor sənaye, xammal kimi yox, yaxşı iş müqabilində istifadə olunmalıdır. Yoxsa həvəssiz tamaşa oynamaq... 

- Laqeyd yanaşma hansı istiqamətdədir? 

- Mədəniyyət tədbirlərdə Şuşa teatrı demək olar ki, sayılmır. Məsələ, pul, qonorar deyil, diqqət və dəyərdir. Bilirəm ki, nazirlik aktyorları, qurumları tanıyır. Şuşa teatrının aktyorlarına qarşı qəribə yanaşma var. Futbolda offsayt deyirlər, sən qol vursan da, deyirlər, qol deyil. Biz həmin mövqedəyik. Bu tendensiya dayanmadan davam edir. Şuşa teatrı torpaqlarımız alınmamışdan əvvəl də beləydi, indi də belədir. Səbəbi anlaya bilmirəm ki, niyə bizə qarşı belədir? Əminliklə deyirəm ki, Azərbaycan teatrları içərisində ən çox zəhmətlə çalışan bizim teatrdır. Biz demək olar ki, hər gün tamaşa oynayırıq. Bəs niyə oynayırıq? Diqqət göstərilmirsə, 3-5 manata niyə tamaşa oynayırıq? Teatrın ümidinə qalsaq... Mən sənətə filmlə başlamışam, ona görə kino, serial, obyektiv daha doğmadır. O səni atmır. Teatrda isə ayrı-seçkilik var. Ən çox işləyən, zülm çəkən sənsən, hər gün 3-4 seans tamaşa oynanılır. Amma yaddan çıxan da sizsiniz. Offsaytda qalmışıq. Səbəbini heç kim bilmir.

- Qonorar azlığı bu sahənin əsas problemlərindən biridir. Bu məsələdə də teatr geridə qalır?

- Artan qonorarın zərrə təsiri yoxdur. Minumum əmək haqqı kimidir. Teatrın ümidinə qalsaq, yaşayış çətin olar. Ona görə də orada-burada iş axtarırlar. Heç kim də onları qınaya bilməz. Mədəniyyətə verilən dəyər budur. Heç olmasa, mükafat, ayda nələrsə olmalıdır. Mən özümü demirəm, ümumi danışıram. Məndən böyüklər, kiçiklər var. Sadəcə ümumi danışıram. Teatrın dərdi böyükdür. Bunun səbəbi özümüz deyilik.

- YUĞ-da da fəaliyyətiniz olub. 

- Tələbəlik dövrümdə. Teatr fəaliyyətimdə ən zövq aldığım dövr idi. Orada keçirdiyim günlər, oynadığım tamaşalar. Ora başqa aləm idi. Söhbət 2010-2011-ci illərdən gedir. Onda aldığım zövqü, vaybı hələ ala bilmirəm.

- Vidadi Həsənovun dövrü idi...

- Bəli, Vidadi müəllimin vaxtında. Rəhmətlik Vaqif İbrahimovun dövründə idi...

- İnşallah yenə teatrdan aldığınızı zövqü ala bilərsiniz. 

- İnşallah (gülür). 

- “Köhnə çamadanlar”da erməni obrazı canlandırmışdınız. Necə hazırlaşmışdız obraza?

- Mən elə şeydən zövq alan biriyəm. Biz çox filmlərimizdə ermənini ancaq “ara-ara” deyə, təqdim etmişik. Səidə xanım sağ olsun, ona təklif etdim ki, biz düşməni güclü verməliyik. Güclü təqdim etməliyik ki, onun üzərində qələbəni qeyd edək. Dedim ki, istəyirəm ki, bu erməni çox soyuqqanlı olsun, sırf zabit olsun. Bəzən onun vəhşiliyinə də bir səbəb olsun ki, bu zabit niyə belədir? Onun tapşırığı niyə belədir ki, uşaqlara qarşı zülm etsin, ya da nəyinsə qisasını alsın? Hər şeyin başında yaxşı müzakirə durur. Biz də Səidə xanımla məsləhətləşdik ki, belə lazımdır. “Fəryad 2” filmində Məlik Dadaşov erməni obrazı ilə şou göstərmişdi. Orada “ara-ara” demir. Millət onu sevir. Düşməni əzəmətli təqdim etməlisən ki, onun üzərində qələbə qazanmışıq. İzləyənlər deyirlər ki, son dövrlərdə biz güclü erməni gördük. Dedim ki, bizə o lazımdır. Rəqibi həmişə aşağılamaq deyil. 

- “Fəryad 2”dən söz düşəndə dediniz ki, nəsə sizə çatmır.

- Baxmamışam. “Fəryad”dan sonra baxmaq istəmirəm. Kənardan yaxşı fikirlər eşitməmişəm deyə, özümə baxmamağı məsləhət bilirəm. Bəlkə nə vaxtsa yayımlansa, maraq üçün izləyərəm. Ssenaridən məlumatlı deyiləm. Dedim ki, hələ ki arxivimdə qalsın, nə vaxtsa izləyərəm. 

- Sosial şəbəkələrlə aranız necədir?

- Məcburuq. Əsasən instaqram və feysbukda aktivəm. Tiktok-dan iyrənirəm. Tiktok cəmiyyətin 80 faizini layiqincə poza bildi. Mənim üçün ən doğma feysbukdur, ilk o yaranmışdı deyə. Həm də feysbukda daha çox sosial məlumatlar əldə edirsən. Bizim də işdə elədir ki, sosial şəbəkələrdə aktiv olmalısan. Qaldı ki, Tiktok bataqlıqdır. İnsanların çoxu içindəki mənfi yanğını ortaya atıb gedirlər. Cəmiyyət göz görə-görə pis yerə gedir. Deyirlər ki, orada faydalı səhifələr də var. Amma həmin faydalı səhifələr onların kölgəsində qalır. Görün nə qədər çoxluq var. İnsanlar mənəviyyatını ortaya atıb, 14-16 yaşında gənclər, yalvarmaqlar, analar-babalar, bacılar... Baxırsan ki, bizim kültürümüz belə olmayıb, birdən-birə nə dəyişdi? Onu niyə biz etmirik? Allah ağıl verib. Həyatda ən qorxduğum şey ağılın başdan çıxmağıdır. Sonra fikirləşirəm ki, ağıl da bəhanədir, deməli niyyətin ora imiş. Asan pul qazanmaq üçün kiminsə mənliyinin altında əzilmək, kimisə söyüb üzr istəmək...

- Amma Tiktok-dan pul qazanan həmkarlarınız var. 

- Qazansınlar. Təki halal xoşları olsun. Amma mənəviyyatla qazansınlar. Mənim üçün həyatda ən böyük şərt nə geyindiyim, hansı filmdə oynadığım deyil. Öləndə kişi kimi öldü, yoxsa vicdansız kimi... Çox təəssüf ki, çoxu dünyasını dəyişəndə bilinmir, vicdanlı öləcək, ya yox. Söhbət Tiktok-da pul qazanan həmkarlardan getmir. Ümumi danışıram. Özü də bu biabırçılıq, Azərbaycanda geniş vüsət alıb. Başqa ölkələrdə çox azdır. Çünki insanlar öyrənməyi, təhsilə yiyələnməyi sevirlər, bizim kimi tərbiyəsizliyə meyil etmirlər. 

- Elə istedadlı aktyorlar var ki, elə insanlarla Tiktokda canlı yayımlar açırlar, sanki özlərini təhqir etmiş kimi çıxır.

- Bu, o deməkdir ki, özlərinə hörmət etmirlər. 

- Yadıma gəlir bir dəfə yazmışdınız ki, sizi yalaq aktyorlarla səhv salmasınlar. 

- Mənə dost olan aktrisalar çoxdur. İllərdir eyni səhnəni bölüşürük, qəribə bir doğmalıq bağımız var. Biz şəkillər paylaşanda bəzi şərəfsizlər başqa mənada anlayırlar. Mən ya ədəbimi qoruyub saxlayıram, ya da “qapağım” atır. Ədəbini sıxanda görürsən ki, bunlar sənin üstünə gəlir. Özləri o qədər şərəfsizdir, hamıya elə pis baxırlar ki, sənin də elə baxdığını düşünür. Mənim də həmin anda başımdan tüstü çıxdı ki, bəsdirin. Sizin də evinizdə qadın, ana-bacı var. Kiminsə şəxsi işdir özü bilər. Mənim üçün işdə yaxşıdırsa, vəssəlam. Sən niyə kənardan bunu pis başa düşürsən? Baxdım ki, biədəb şəkildə yazırlar ki, filan aktrisa ilə belə-elə... Özü də gözvurma şəklində. Bunu Türkaya demək olar? Beyin çöndü. 

- Əsasən açıqlamalarınız, statuslarınız çox sərt olur. Məsələn, hansındasa adınız, ya da şəkliniz olmasa, onu yaşlı aktyorlardan kiminsə dediyini düşünərəm. 

- Həyatda ən çox sevmədiyim şeylərdən biri ədalətsizlikdir. Onun üçün hayqırtım hər yeri bürüyür. Düzdür, özüm deyirəm, özümə qalır. Amma özümlə bacara bilmirəm. Bu sahənin içində olanlara öyrəşmişik. Qıraqda olanlara deyirəm ki, sakit yanaşım. Son bir ildir sakitləşməyə başlayıram ki, çox şeyə reaksiya verməyim. Amma mövzu açılanda, elədir ki, gedir. Yumşaq yazanda qapını açıq qoyurlar ki, hər an sən tərəfə gələ bilərəm. Mən də elə mövqe yoxdu. Bu qapı bağlanmalıdırsa, səninlə tək söhbət etməliyəmsə, üçüncü burada nə azzarı var? Ona görə kobud yox, sərt yazıram. İnsanlar bəzən bisavadcasına yanaşırlar. Deyirəm, tənqid edirsənsə, səbəbinə bax, araşdır. Düzdürsə, deyəcəm ki, üzr istəyirəm. Amma bisavadcasına bunu edirsənsə, adamın səbri tükənir. Bir deyil, beş deyil, günü gündən artır. Hamı özünə ad qoyur, baxırsan ki, biz hansı cəmiyyətdə yaşayırıq? Mənim böyüdüyüm cəmiyyət başqa cür idi, təmiz idi. Nə dəyişdi? Sosial şəbəkələr kimləri dəyişdi? Baxıram ki, çoxunu dəyişdi. Hamısı bunların təsiridir. Məcbur oluram ki, sərt yazam, yumşaq yazanda deyirlər ki, mənə aid deyil, filankəsə aiddir.  Məcbursan, ya ad çəkəsən, ya da nöqtə qoyasan. 

Bir ilə yaxındır, özümə vetolar qoymağa çalışıram. Özüm deyib, özüm eşidirəm. İnsanlara dəymir. Nə arxanda dayanacaqlar, nə səninlə gedəcəklər. Belə gedirlər ki, 100 nəfərdisə, sonda 2 nəfər qalır. Yenə dəli, səhv sən olursan. 

- Müsahibənizi oxuyuram, demisiniz ki, qadınlar azğınlaşıb, müştəri axtarırlar. Bu, çox sərt ifadə deyil?

- Yox. Niyə sərtdir ki? İnstaqrama, TikTok-a girin, qadınların çoxunun aqibətinə baxın. Mən heç nə deməyəcəm, özləri danışacaq. Mənim üçün qadın əvvəl daha saf mövqe idi. Yaxşı qadın həmişə var, 100-dən 10-u həmişə olacaq. Artıq 90 nəfər o qədər pozub ki, mənim üçün vau deyəcəyim qadın yoxdur. Hamısı bir-birinə oxşayır, çoxu iyrəncdir, çoxunda maraq yoxdur, məqsədləri birdir. Pul tələsidir. Mən bilirəm ki, pul həyatın özüdür, gözəldir. Amma insan doğulanda vicdan, mənəviyyat hissi olur. Onları da pozan bizim bəzi mənəviyyatsız, şəxsiyyətsiz kişilərdir. Onlar sağlam həyatı qoyub çirkin həyatdan yapışırlar. Ona görə deyirəm ki, azğınlaşıb. Burda da hər iki tərəf günahkardır, kişi olmayan kişiciklər, qadın olmayan qadıncıqlar. Bunu da leqallaşdırıb, cəmiyyətə yayırlar, virus kimi. Kənarda nə edirsən, et, bunu leqalaşdırma. Əvvəldə var idi, az idi, hərə öz işini gizli edirdi. İndi qorxmadan açıqca edirlər. Düşünmürlər ki, buna uşaq baxır, ailə baxır. İndi hansısa ailə şəhərə normal çıxa bilmir. Şəhər biabırçı vəziyyətdədir, həmin azğınlaşmış qadınların, 16 yaşında küçə uşaqlarının, tərbiyəsizlərin, böyük-kiçik yeri bilməyənlərin ucbatından. Baxırsan ki, yaş fərqi çox deyil, uzağı 15 yaş fərqi var. 15 ildə nə dəyişdi? Bir ölkənin mədəniyyəti 100 ilə dəyişir. On-on beş ildə bizə nə oldu? Anlaya bilmirəm.

- Tək sosial şəbəkələr deyil, bayağı mahnılar, sosial verilişlər...

- Bayaq mən filmə qayıdanda dedim ki, odur. O verilişlərdə kimdir günahkar? Gələn qonaqlar. Aparıcı cəsarət edib mənimlə danışa bilməz. Mən bura niyə gəlmişəm? İşim haqqında danışasan, sual verəsən, yaxud da yeniliklərlə bağlı və sairə. Bunlar maraqlı olmalıdır. Şəxsi həyatı, mətbəx, yataq söhbətlərini ortaya atırlar. Baxıram ki, müğənnilərə “Havhavhav” oxudurlar. Bu, nə biabırçılıqdır? Onun ağlı qaçıb, sizə nə olub? Şəxsi deyə bir şey yoxdur, hamı ailəsini paylaşır verilişlərdə, mənim qonşum filan qadınla, həyat yoldaşım filankəslə bir yerdədir. Bilinmir, kimə ağsaqqal deyəsən, hörmət edəsən. Biabırçı vəziyyətdir.

- Sosial verilişlərdə Xalq artistlərimiz, Əməkdar artistlərimiz əyləşir. Mənə qəribə gəlir ki, nəyə görə ordadılar? Ötənlərdən Mehriban Xanlarovanı bir nəfər təhqir etdi. Niyə özümüzə bunu rəva bilirik?

- Mehriban xanım mənim üçün çox dəyərlidir, ürəyimdir. Bilirəm ki, orda olubsa, düzü deyib. Amma həqiqətən də ora getməli deyil. Bəlkə də o adamları çağırmaqla özlərini qaldırmağa çalışırlar ki, bizim verilişlərdə kimlər var, kimlər yoxdur. Bunun çarəsi odur ki, həmin verilişlər silinsin. Çünki senzura yoxdur. 4 dəfə boşanıb, 5 dəfə evlənən sənə ailə məsləhəti verir. Sən kimsən? Əsas sən kimsən? Otururlar kresloda elə bilirlər həyat bunlarındı. Kiminsə dərdi var, danışır, onu tənqid edir. Sən kimsən? Birinə baxdım, istər-istəməz qarşımıza çıxır. Orada deyir ki, sən kimsən? O da sual verir ki, bəs sən kimsən ümumiyyətlə? Oturublar orda dodaqları 50 kilo, ya da bilinmir kişidir, ya qadın, sənə həyat məsləhəti verir. Sən kimsən axı? Ora da gedirlər. Problem özlərinindir. Bir dəfə elə bir verilişə məni çağırmışdılar. Dedim ki, o aparıcını döyərəm. Birdən çaşıb o səpkidə sual verər, onu döyərəm, ya da deyərəm ki, verilişi saxlayın. Vəssəlam. Səviyyə sözü çox gözəldir. Onun balansını bilmirik deyə bu gündəyik. Hansısa vau bildiyimiz sənətkarlar, çıxıb verilişlərdə hamını tənqid edirlər. Özləri bilər, əgər qazancları varsa, qazansınlar. “Babək” filmində söz var: Deyir, şərəfsiz həyatı rədd edirəm. Elə həyat mənlik deyil. Əgər elə bir şey olsa, ağlım başımdam çıxsa, başımı qoyum yerə… Efirdə çoxunun “başı qaçıb”.

- Sizcə, aktyor hər mövzuya fikir bildirməlidir?

- Bildirməlidir, amma təəssüf ki, Azərbaycanda mümkün deyil. Səni çox şeylə sınayırlar.

- “Gündəlik” serialı çəkiləndə jurnalistlərlər problem olmuşdu. Orda konkret reket jurnalistlər nəzərdə tutulurdu. Amma çoxu öz üstünə götürdü. Feysbukda iki cəbhə yarandı: Aktyorlar və jurnalistlər.

- Soğan yeməmisən, için niyə göynəyir? Biz orda həkimlər, müəllimlər, jurnalistlər haqqında bir çox mövzuya toxunmuşduq. Sənin için niyə yanır? Çünki hamısı qərəzlə yanaşır. Orada mənim bir səhnəm var, jurnalist qız meyitini çəkir, bilib-bilmədən danışır. Mövzudan xəbərsizdir. İndi çoxu o gündədir. Bizim film haqqında da bir-iki jurnalist yazdı. Bilib-bilmədən rəy verdilər. Onlara cavab verirəm, deyir ki, qərəzlə yanaşırsan. Deyirəm, qərəzli sənsən, mən tənqidə açığam. Bir araşdır, gör film nədir? Sənin bənzətmən biabırçılıqdır. Onun üçün də onlara təsir edir. Əgər mən təmizəmsə, sözü üzərimə götürmərəm. Deməli, sənin bir zibilin var da. Bu, hamıya aiddir. Həkim olub ki, sağ göstərib, sol ayağını kəsib. Müəllim əgər uşaq yanına hazırlığa gəlməsə, 3 yazır. Halbuki o uşaq savadlıdır. Bunları kim desin? Deyən kimi də püskürürlər. Deməli, səndə problem var. Deyir, kimdə nə yoxdursa, ondan danışır. 

- İmla məsələsi çox qabardılmış deyildi?

- Eləydi. Çoxu bilmir ki, imla nədir, inşa nədir. Serialın ideyasını görəndə dedim ki, mən bu işdə varam. Çox sözü demək imkanı o serialda oldu. Sənanın dilindən deyə bildim.

- Son illər ard-arda İctimai TV çox serial təqdim etdi. “Körpü” , “Əqrəb mövsümü”, “Alatava”, sonuncu dəfə “Vətəndaş A” təqdim olundu. Bu layihələrdən tamaşaçı kimi hansını bəyəndiniz?

- Sevdiyim “Körpü” oldu.

- Sizə “Alatava” ilə bağlı sual verirlər, konkret yox deyirsiniz. Serialın özü sizi çəkmədi?

- Çəkmədi. Düzdür, deyirlər, bax, sonra rəy ver. Danışıq tərzi çəkmədi. Bəlkə də qismət olsa, nə vaxtsa baxaram.

- “Əqrəb mövsümü” haqqında nə düşünürsünüz?

- Uğur arzulayıram. Kütlə tərəfindən sevilibsə, bizə söz demək düşməz. İki bölüm baxmışam. 

- O serialın çəkilişində dava düşdü. Sonradan tərəflərdən biri iddia etdi ki, digəri onu yüksək büdcəli layihəyə az qonorarla danışıb. Bu hallar sizin başınıza gəlib?

- Bir-birini işdən kənarlaşdıran adamlar o qədər çoxdur ki.. Amma bu, o-bu deməklə, deyil. Qismətində varsa, iş gələcək. Onlar ayağımızı qazsalar da, bizdən çox işləri yoxdur. Davam etsinlər, bütün işlərdə var. Bəzi aktyorlar var, özlərini sübut etmək üçün acdılar. Ac olduqları üçün də hamının ayağını qazmaq istəyirlər. Amma qazmağın yolunu yaxşı bilmirlər. Onu da bilmirlər ki, qazmaq həm də isimdir, aşın üstündə olur. Onu udursan, məhv olur. 

- Sizi hansısa işdən burduqlarını eşidəndə reaksiyanız necə olur?

- Normal. Təəccüblənməli nəsə qalmayıb. Az bir şey olar ki, həyat təcrübəm olmasın. On beş ildə görmədiyimiz, bilmədiyimiz rejissor, texniki heyət qalmayıb. Hamısını görmüşük. Ona görə bunlar gündəlik həyat tərzində keçib gedən zaman kəsiyidir. 

- Bir də sadaladığımız keyfiyyətli layihələrə Audiovizual şuradan xəbərdarlıqlar gəldi. O da qəribədir. Bu haqda fikriniz nədir?

- Belə çıxır ki, mənəviyyat, şəxsiyyət ölsün, amma biz sizi sevirik. Sizi bir tüstü öldürə bilər. Antitezanı görürsünüz. Burada nə deyə bilərik ki? Güc mədəniyyətə çatır. İndi mədəniyyət Azərbaycanda outsayder mövqeyindədir. Görün, nələr favoritdir, mənasız, ailə yıxıb, dağıdan verilişlər. Sən kimsən axı? Azərbaycanda N qədər orqan var. Sən onlardan yaxşı biləcəksən? Hamısı sehirbaz olub, bir dəfəyə tapırlar, kiminsə Uqandadan qohumunu gətirirlər. Bu, nədir? Sonra bunu da bizim bəzi cahillər ilahiləşdirir. Deyir, filankəs tapdı. Bu qədərmi gözümüz bağlıdır? Qabardırlar, konfeti qabardıb, nə boyda edirlər. Əsl dad-qaymaq qalır, ona baxan yoxdur.

- Sevindirici haldır ki, keyfiyyətli izləyici də qalıb. Çünki o seriallar özünə kütlə yığa bildi.

- Var. Hər bir işə baxacaq keyfiyyətli kütlə var. Bizim arzumuz odur ki, onların sayı hər 10 nəfərdən bir yox, heç olmasa hər 10 nəfərdən dördü olsun. Onlar istər-istəməz geri qalanının başını bişirə bilsin ki, gəl, bax, bəlkə yaxşı olacaq. Ağıllarının dəyişməyindən qorxurlar. Özlərini yükləmək istəmirlər. Niyə indi bizim millət səviyyəsiz komediyanı çox sevir? Deyirlər ki, çəkin, baxaq. Çəkdik, niyə baxmırsınız? Çünki özümüzü yormaq istəmirik. Elə dövrdə yaşayırıq ki, hamı harasa tələsir. Təbii ki, hər kəsin işi var, heç kimi qınaya bilmərik. Ən azından asudə vaxtında o filmə baxınca, bir də bu filmə fokuslan. O dediyiniz serialların hamısı inkişafdır. Deməli, nəsə etmək olar, baxsan göz rəngin, ağıl zövqün dəyişə bilər. Sən heç nə itirmirsən. İtirdiyin zaman ağlına qazandırır. Yaxşı mənada nəsə oğurlayırsan.

- Çətin məsələdir. Nə qədər danışsaq da, boşa gedir.

- Bəli.

- Bir dəfə demisiniz ki, eqoistsiniz. Sizcə, çox səmimi etiraf deyil? 

- Çox səmimidir. Özümü sevirəm. Özünü sevməsən, heç kim səni sevə bilməz. Narsistlik, eqoistlik ona görə lazımdır ki, bir insan mənə dəyər verirsə, o adamın quluyam. Boş yerə özünü dəyərli bilirsə, orda xəttlər dəyişir. Xüsusilə o insanlara görə eqoist olmaq lazımdır ki, yerlərini bilsinlər. Sən hələ o adam deyilsən. İnsan bölünür, fərd var, şəxs var, şəxsiyyət var. Bizim sənətdə, cəmiyyətdə çoxu hələ ki fərddir. Şəxs də ola bilmirlər, şəxsiyyət ola bilməzlər.

- Türkiyədə qalmaqal yarandı ki, layihələrə ancaq eyni aktyorlar çəkilir. Bunu da idarə edən bir qrup var. Bizdə də bu qruplaşma var? Siz hiss edirsiniz?

- Təbii ki, var. Üç manat, beş manat aşağı, özü çox alıb, ona az verəcək deyə çağırırlar. Başqa aktyorla çalışmağa qorxurlar. Bilirlər ki, çoxunun başı üçün deyil. Razıyam, elə rejissor var ki, sevdiyi aktyor olur. Amma hər şeyə də dürtmək lazım deyil. Yatıb qalmış əjdahalar var, püskürən vulkanlar var. Onları oxumaq lazımdır. Şükür ki, söhbət məndən getmir. Özümü aid etmirəm. Mənim üçün filankəslə işləyim deyə, bir xəyal yoxdur. Maraqlı deyil. İş, rejissor yaxşıdırsa, işləmək olar. Qıraqda qalanlar var, onları çağırmaq lazımdır. Yoxlayın da, nə olar ki? 

- “Vətəndaş A”nın müsbət tərəfi bu idi ki, tələbələrdən çox aktyorlar cəlb edilmişdi.

- Həm təcrübəlilər var idi, həm yenilər. Sima, göz rəngi dəyişirdi.

- Sizin üçün “Biləcərini o tərəfə keçmək” ifadəsindəki tərəf haradır?

- Biləcərinin o tayı. ( Gülür) Biz Biləcəri qədər iş görməmişik. Bakıda normal iş görməmişik, başlayırıq ki, Biləcəridən o tərəfə çıxmamısan. Ay onu deyən, sən özün nə etmisən? Bəyənmədiyin Biləcəri… 

- Belə ifadələr çox yazılır. Axırıncı dəfə qınadılar ki, “Oscar”da niyə erməni filmi qalib oldu. Bir az özümüzü tənqid etməliyik ki, biz niyə orda yoxuq?

- Bəli, biz niyə orda yoxuq? Çünki özümüz özümüzə dəyər verməyi bacarmırıq. Yeganə millətik ki, özümüzdən başqa hamının quluyuq. Hamını sevirik. Canımızı veririk, süfrəmizi açırıq, qırağa gedəndə deyir ki, “stop”, birinci mən, sonra sən. Onun üçün də balanslıdılar.

- “Azərbaycan Atabəyləri” sənədli filmi də müzakirə olundu ki, bəzi görüntülər “Kuruluş Osman”a bənzəyir. Reaksiyanız necə oldu?

- Filmin niyyəti, gələcəkdə serial kimi silsiləli davam etmək idi, ən azından iş görüblər. Mən də razıyam, türk dəsti-xətti var. Amma heyətin 90 faizi azərbaycanlı idi. Onun üçün bilib-bilmədən danışırlar. Tər tökənlərin çoxu azərbaycanlı idi. Türklər də var idi. İşin bir tərəfini görürlər, digərindən xəbərləri yoxdur. O tərəfini görənlər deyirlər ki, peşmanıq, nə qədər əziyyətli işlər var imiş. Qaldı ki, bənzəyib-bənzəməməsinə… Ay camaat, sən özün baxmısan da, türklərə. Biz nə edək? Az büdcə ilə sizin üçün nə edək? Ancaq oturub boş-boş müqayisə edirsiniz. Türklər bura gəldi, dedilər ki, sizin məktəb bizimkindən qat-qat güclüdür. Bizim qarşımızda baş əydilər, dedilər ki, özünüzə dəyər vermirsiniz. Özünüzü sevmirsiniz. Dedik ki, adam düz deyir də. 

- Onlar da çox fərqlidir. İstedadsız aktyorları da nə qədər qazanırlar.

- Adamın iki-üç reklamı böyük məbləğdir. Çünki dəyər görür. Bizim kimi hər ay işləmək məcburiyyətində deyil. Mən də istəyərəm ki, sənətdən iki-üç il uzaq qalım. Tam fokuslanım. Amma olmur. 

- Türk rejissorlar Qarabağla bağlı serial çəkirdilər. Yeyinti məsələsi də oldu dedilər…

- Başımızı qatırlar da (gülür).

- Çəkiliş başlamışdı?

- Hadrutda təlim keçdik. Elə oldu ki, layihə dedilər ki, qaldı.

- Üç il olar qalıb? 

- Onda torpaqlarımız 3 il olardı ki, alınmışdı. Bəzi şeylər var ki, onlara qarışa bilmirik. Söz haqqımız olmur. Desən belə…

- Yenə də dilə gətirmişdiniz.

- Mən, Corc açıqlama vermişdi.

- Müğənni Vüqar Muradov da. 

- Bəli. Bilirsiniz, bu, mənim işimdir. Biz daim inkişaf gözləyirik. Şükür ki, var. Sadəcə buna bir az da təkan. Məsələn, idmanda hansısa naliyyət olur, onu həmin dəqiqə qabardırlar. Onun yarısının yarısının yarısı bizə verilmir. Bizim “Qız qalası” filmi festivalda qalib oldu, heç çox qabardılmadı. “Gündəlik” serialında da ancaq dava qabardıldı. Niyə? Çünki insanda işinə qarşı sevgi olmalıdır. Niyə məni yad tərif etməlidir, amma sən… Ən azından gördüyümüz işi qiymətləndirmək. Ancaq mətbəx, məişət, bir-birinə nəsə olsun, qayınata, gəlin olsun, vəssalam, oldu xalq qəhrəmanı. Bizim mədəniyyətin açıq-aşkar güzgüsü həmin verilişlərdir. Başqa heç nə. O verilişlərə heç vaxt rəhmətlik Fuad Poladovu dəvət edə bilməzdin. Sənin başın üçün ola bilməzdi. Adam şəxsiyyətdir. Yoxsa hər yerini düzüb-qoşan sənə qadınlıqdan, ailədən danışır. Yaxud da qıraqda oğru, şərəfsiz olan sənə kişilikdən danışır. 

- Bir dəfə Səmimi Fərhadın mütaliə etməməsi ilə bağlı müzakirə yarandı, jurnalistlərlə qarşıdurma oldu. Siz də reaksiya verdiniz. Doğrudan da aktyor mütaliə etməlidir, ya yox? 

- Xeyr. Sən mənə nə verirsən ki, oturum qalan vaxtda mütaliə edim? Hər ay 30-40-50 min qazanmıram ki, deyim, iki ay fasilə verirəm, istirahət edəcəm, mütaliə edəcəm. Mütaliə gözəldir, amma oturum ac qarına mütaliə edim. Kimə xeyirdir? 

- Sizdə bir də belə bir şey var. Şuşa Teatrındasız, YUĞ-da, OYUN-da fəaliyyətiniz olub. Elə bil böyük teatrlara can atmamısız. Məsələn, AzDrama-ya.

- Çox deyiblər. Təkliflər olub. Səbəb odur ki, işə görə yaltaqlıq, xal qazanmaq mənlik deyil. Hamı hamını bilir. Qismətimdə varsa, olacaq, yoxdursa, olmayacaq. Niyə istəmərəm? Vaxtı ilə istəyirdim, amma sonra bəzi söhbətlə eşitdim, gördüm ki, ya orda, mən səhv çıxacam, ya da problem olacaq.

- Fikirləşirsiniz ki, yaşlı nəsil, gənc nəslin qarşısını kəsməyə çalışır?

- O qədər. Kürsüsündə rahat əyləşsin deyə bunu edirlər. Çoxu var ki, 40 ildir səhnəyə çıxmır, nə qədər adları var. Ancaq qalmaqalla… Ulduz olmaq istəyirsənsə, ancaq birini söy, trend yarat. Səhifə adminlərinin əksəriyyəti isə şərəfsiz insanlardılar. Onlar başqalarını pis insan kimi təqdim edirlər. Pisdirsə, niyə yayımlayırsan? Deməli, sən özün pissən, sənə qalmaqal lazımdır. Sağlam mübarizə lazım deyil, çıxırsan, birini söyürsən, sonra üzr istəyirsən. Fərqi yoxdur, aktyor olsun, çilingər olsun, ya da başqa sənət sahibi. Oldun ulduz. Deyəcəklər, mənim 700 min baxışım var. 

- Şəxsi həyatınızı gizli saxlayırsınız. Nə vaxtsa toyunuz olsa, mediada mütləq ki, paylaşılacaq. 

- Paylaşılsın. Amma çirkim formatda olmasın. Onda xüsusi qadağa qoyaram. O mənim şəxsimdir. Bəzi məqamlarda köhnə fikirliyəm. Əslində düz olan odur. Çünki ailə sənin mənəviyyatındır, aidliyindir. Çoxu reytinq xatirinə paylaşır. Mən elə adam deyiləm. Sevmirəm şəxsi həyatı bölüşüm. Özümü bölüşürəm. Problem yoxdur. Amma ailəm haqqında, maksimum çalışıram ki, gizli saxlayım. Açmağa ehtiyac yoxdu. Sənə özüm və işim maraqlı olmalıdır. Görəcəyim, gördüyüm işlər, ailəmdən sənə nə ?! Nə yaşayıram, sənə nə ?

- Bir dəfə demisiniz ki, bu cəmiyyətdə adam uşaq böyütməyə diksinir. Hələ də bu fikirdəsiniz?

- Bəli. Çünki bəzi tərbiyəsiz insanlar o qədər elementləri leqallaşdırıblar ki, şəhər çıxmalı deyil. Ərəblər bir tərəfdən, qara-qura hindistanlılar… Bu irqçilik deyil. Sadəcə baxırsan ki, həqiqətən də biabırçılıqdır. Gözümün qarşısında. O uşaq mənə sual versə ki, bu qız o qaqaşa nə edir? Nə olur? Hər addımbaşı ona nə cavab verə bilərəm? Heç nə. Ona görə deyirəm ki, cəmiyyətin çoxu azğınlaşıb. Bariz sübutlar var, sosial şəbəkələr, yazıq Nizami Gəncəvinin bildiyim Tarqovı küçəsi, balaca yerdə nə qədər hoqqalar var.

- Atanızı bir il yarım əvvəl itirmisiniz. Ata-oğul münasibətləriniz necə idi?

- Ata mənim üçün başqa idi. Yaxşı mənada aramızda bir pərdə var idi. Bəlkə də hamısı ondan gəlir, ailə dəyərlərinə hörmət etmək, qorumaq, şəxsi aspektləri müzakirə obyektinə çevirməmək. Çox yaxşı idi münasibətlərimiz. Atam məndən daha mehriban idi, sadəcə müəyyən yaşdan sonra insana bir pərdə gəlir. Heç vaxt ağır söz işlətməzdi. Çox düşünürdü. Baxıram ki, bəzi elementləri özümdə var. Məsələn, uşaqlıqdan görürdüm ki, atamın ürəyi ədalətsizlik hallarına görə partlayır. Ani oldu. Çox qəfil idi, ona görə barışmaq mümkün deyil. Münasibətlərimiz xəstəlik dövründə üstünə qışqırırdım ki, dediyimizi et, sağalması üçün. Hər sözünün başında Türkay idi… Mənim bir işimə 10 dəfə təkrar baxardı, bezmirdi. Deyirdi ki, həyatda mənim üçün ən böyük uğur o olar ki, desinlər, filankəs İsa deyil, Türkayın atasıdır. Bir vaxt İsanın oğlu, artıq Türkayın atası… Onu qazanandan sonra o qədər xoşbəxt oldu. Baxıram ki, həqiqətən nə gözəl məsləhətlər, yollar göstərib. Deyirdi ki, nəsə iş görəndə özünü onun yerinə qoy, gör, necə olardın. Ölümlü-itimli dünyadır. Kaş, daha gec olardı. Qismət belə imiş. Məni dəli edən o oldu ki, çox ani oldu.

 - Ananızın həyatınızda rolunu necə təsvir edərsiniz?

- Anam aldığım nəfəsdir. Doğulan günəşdir, anam mənim özümdür, yaşam tərzimdir, yaşamımdır. Mən oyam. Mən anamam. Dünyada bütün gələcək, gedəcək mələk anamın yanında arxada qalar.

Samirə Ərəblinskaya

Video: Soltan İbrahimov

Montaj: Rəşad Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://olay.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neft Daşları”nda kran dənizə düşdü maşinist öldü

18 Mart 2025 21:16see653

Qərbi Azərbaycan Xronikası: Ermənilərin istinad etdiyi Andonyanın sənədləri saxtadır

18 Mart 2025 01:12see135

İnter Mayami liderliyə qalxıb

18 Mart 2025 00:16see133

Konor Makqreqor ailəsi ilə birgə Ağ Evdə FOTOLAR

18 Mart 2025 06:03see126

ABŞ husilərə şərt qoydu

18 Mart 2025 01:49see124

Kişilər evlənəndə niyə kökəlir?

18 Mart 2025 06:20see122

Antarktidada dəhşət Alim yırtıcı ya çevrildi!

17 Mart 2025 21:59see121

İsrailin Qəzzaya hava zərbələri: Həlak olan fələstinlilərin sayı artıb

18 Mart 2025 07:08see121

ABŞ dan dəhşətli fırtına: azı 40 nəfər ölüb

18 Mart 2025 00:33see120

Amerikalılar Trampın bu qərarlarını dəstəkləyirlər

18 Mart 2025 05:30see119

Ramazanda dondurma yeyin

18 Mart 2025 04:00see117

Yalnız qəhvə və şərabla qidalanan dünyanın ən yaşlı pişiyi

18 Mart 2025 07:03see117

Rozmarinin qorxulu xəstəliyə qarşı FAYDASI

18 Mart 2025 07:31see117

Tramp İranı hədələdi

17 Mart 2025 21:55see116

Haber Global : Ermənistan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır

17 Mart 2025 23:51see116

“iPhone”da yeni bir dövr “iPhone 17 Ultra” gəlir

18 Mart 2025 05:46see116

Həddindən artıq enerji içkisi içməyin təhlükələri: Türkiyəli mütəxəssis xəbərdarlıq etdi

18 Mart 2025 02:33see115

Uşağa nar vermək təhlükəsizdirmi?

18 Mart 2025 08:04see112

Pulsuz yaşamaq: Borc yığmamaq üçün ən yaxşı strategiyalar

18 Mart 2025 07:31see112

Bölgə klubundan ayrılan baş məşqçinin yeni iş yeri məlum oldu

17 Mart 2025 23:15see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri