Icma.az
close
up
RU
AzInTelecom 2026 cı ilin ilk yarımilinə yekun vurdu

AzInTelecom 2026 cı ilin ilk yarımilinə yekun vurdu

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC 2026-cı ilin ilk 6 ayında rəqəmsal xidmətlərlə bağlı əldə edilmiş nəticələri açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, ilk yarımilliyin yekunlarına əsasən, şirkətin bulud xidmətlərindən istifadə edən qurumların sayı 247-yə çatıb. Bunlardan 140-ı özəl sektor nümayəndələridir. Eyni zamanda, dövlət qurumlarının informasiya sistemlərinin vahid və təhlükəsiz infrastrukturda yerləşdirilməsini nəzərdə tutan "Hökumət buludu" layihəsinə miqrasiya edən qurumların sayı 147 olub.

Şirkətin digər əsas məhsulu - SİMA yeni nəsil rəqəmsal imzanın da istifadəsi ilə bağlı müsbət dinamika müşahidə olunub. “SİMA İmza” mobil tətbiqin ümumi endirilmə sayı 7 milyona çatıb. Tətbiqdə qeydiyyatdan keçən istifadəçilərin sayı 4,5 milyon təşkil edib. SİMA həllərindən istifadə edən tərəfdaş qurumların sayı isə 139-a yüksəlib.

Hesabat dövründə ötən il istifadəyə verilmiş Superkompüter Mərkəzi süni intellekt və yüksək hesablama gücü tələb edən layihələr üçün töhfə verməyə davam edib. Hazırda Mərkəzin imkanlarından 6 müxtəlif qurum istifadə edir.

AzInTelecom-a məxsus Mobil Cihazların Qeydiyyatı Sistemi tərəfindən Azərbaycana gətirilən mobil cihazların saxta IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirləri davam etdirilib.  Görülən tədbirlər çərçivəsində “klon” statusu verilmiş IMEI kodların sayı 73 056-a çatıb.

“AzInTelecom” MMC bundan sonra da ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsi, müasir texnoloji həllərin əlçatanlığının genişləndirilməsi və təhlükəsiz rəqəmsal ekosistemin inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 31 İyul 2026 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri